Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Yaponiyada zəlzələdən sonra xilasetmə əməliyyatı davam edir
  • MN polkovniki bu xəstəxananın sahibi imiş – FOTO
  • Zaqatalada kütləvi zəhərlənmə – Prokurorluq araşdırma BAŞLATDI – YENİLƏNİB
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Bu ailələrə şad xəbər – Aylıq yardım 422 manata çatdırıldı

Bu ailələrə şad xəbər - Aylıq yardım 422 manata çatdırıldı 

Cəmiyyət Emin Farzaliyev30.01.2026 - 16:20
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev ünvanlı dövlət sosial yardımı almaq istəyən vətəndaşın müraciətinin əsassız səbəblərlə yubadıldığını iddia edib. O bildirib ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşları vətəndaşları süründürməçiliyə salırlar, müraciətlərə məsuliyyətsiz yanaşırlar.

DSMF deputatın iddialarına cavab verib.

“Yeni Sabah”ın sorğusuna cavab olaraq qurumdan bildirilib ki, ünvanlı sosial yardım üçün müraciət zamanı ərizə-bəyannamədə göstərilən məlumatlar dövlət informasiya bazaları əsasında yoxlanılır:

“Ailəni təmsil edən şəxsin ailəsinə ünvanlı yardım təyin edilməsi üçün müraciəti zamanı ərizə-bəyannamədə ailə tərkibi, gəlirləri, əmlakı və s. barədə qeyd etdiyi məlumatlar ilk mərhələdə müvafiq qurumların informasiya ehtiyatlarındakı məlumatlarla uzlaşdırılaraq yoxlanılır. Ərizə-bəyannamədə qeyd edilmiş məlumatlarda uyğunsuzluq aşkar olunmadığı halda ailənin maddi-məişət şəraitinin müayinəsi həyata keçirilir. Müayinə zamanı ailəni təmsil edən şəxs yaşayış ünvanında olmadıqda ailənin yetkinlik yaşına çatmış və əmək qabiliyyətli üzvlərindən birinin iştirakı ilə müayinə aparılır və nəticəsinə uyğun qərar verilir.

Əgər ərizə-bəyannamədə qeyd edilmiş məlumatların yoxlanılması zamanı uyğunsuzluq, qeyri-düzgün məlumatın verildiyi aşkar olunduqda sosial yardımın təyin olunmasından imtina edilir”.

DSMF-nin məlumatına görə, son illər ünvanlı sosial yardım üçün müraciət proseduru əhəmiyyətli dərəcədə sadələşdirilib:

“Bildiririk ki, son illər ünvanlı yardım proqramına əlçatanlığın artırılması üçün qanunvericilikdə bir sıra dəyişikliklər edilib, sosial yardım üçün müraciət proseduru xeyli sadələşdirilib.

Yəni sosial yardım üçün müraciət edən şəxslərdən Ərizə bəyannamədə qeyd etmələri tələb olunan məlumatların sayı xeyli azaldılıb, bir çox məlumatlar aidiyyəti e-informasiya resurslarından əldə edilir.

Habelə sosial yardım almış ailə yardım üçün təkrar müraciət etdikdə əgər ailə tərkibi və yaşayış ünvanı dəyişməyibsə, ailədə ailə başçısını itirməyə görə pensiya və ya müavinət alan, I dərəcə əlilliyi olan, yaxud II dərəcə əlilliyi olan iki və daha çox ailə üzvü, üç və daha çox uşaq varsa, həmin ailənin maddi-məişət şəraitinin müayinəsi aparılmır. Qeyd edilən dəyişikliklər proqramın əhatə dairəsinin genişlənməsi ilə nəticələnərək sosial yardım alan ailələrin sayı 2018-ci ilə nisbətən 2 dəfəyə yaxın artmaqla 1 yanvar 2026-cı il tarixinə 76,1 min ailəyə (338 min nəfər ailə üzvü) çatıb. Həmçinin hər ailəyə düşən orta aylıq məbləği də 2,4 dəfə artaraq 175 manatdan 422 manata çatıb”.

Bənzər Xəbərlər

29.07.2026 - 17:00Gülnar Əliyeva

Yaponiyada zəlzələdən sonra xilasetmə əməliyyatı davam edir

29.07.2026 - 16:42Gülnar Əliyeva

MN polkovniki bu xəstəxananın sahibi imiş - FOTO

29.07.2026 - 16:39Gülnar Əliyeva

Zaqatalada kütləvi zəhərlənmə - Prokurorluq araşdırma BAŞLATDI - YENİLƏNİB

29.07.2026 - 16:30Gülnar Əliyeva

ABŞ-də əsgərlərə sosial şəbəkələrlə bağlı xəbərdarlıq

29.07.2026 - 16:27Gülnar Əliyeva

Şərurlu İsfəndiyarla bağlı daha bir qalmaqalın görüntüləri - VİDEO

29.07.2026 - 16:17Gülnar Əliyeva

"Sky Park" MMC-nin tikdiyi binanın mərtəbələri uçdu - Sakinlər TƏŞVİŞDƏ - VİDEO

29.07.2026 - 16:05Gülnar Əliyeva

Elnur Azadxanov vəzifəsindən azad olundu - Anar Bayramovdan ƏMR

29.07.2026 - 16:03Gülnar Əliyeva

Ukrayna Rusiyanın üç neft emalı zavodunu vurub

29.07.2026 - 15:38Gülnar Əliyeva

İran Çindən yeni hava hücumundan müdafiə sistemləri alacaq

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 295

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 574

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 600

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 469
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.