Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “Ayıb olsun Gülçöhrəyə, qardaşım onu biabır edəcək”
  • Paytaxt Bakıdan başqa şəhərə köçürüləcək? – VACİB AÇIQLAMA
  • Dizel mühərrikli avtomobillər qadağan edilir? – VİDEO
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Dondan-dona girən Emin üçün xaricdən cangüdənlər gətirilibmiş – Detallar

Dondan-dona girən Emin üçün xaricdən cangüdənlər gətirilibmiş - Detallar

Gündəm Ariz Əhədov16.02.2026 - 00:57
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Birinci vitse-prezident Mehriban Əliyevanın Emin Hüseynova: “Qadın paltarı geyinib səfirlikdə gizlənən siz idiniz?” – sualı geniş rezonans doğurmaqla yanaşı, 10 il bundan əvvəl baş vermiş hadisələrin indiyə kimi açıqlanmayan təfərrüatlarına ictimai tələbat olduğunu aydın göstərdi.

Artıq bu məsələnin bəzi detalları barədə məlumat vermişdik.

Qeyd edilmişdi ki, 2014-cü il avqustun əvvəlində vergidən yayınmaqda ittiham edilən E.Hüseynov rəhbərlik etdiyi Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) ofisində axtarış aparılması xəbərini alandan dərhal sonra ABŞ səfirliyinə gedir və orada gizlənməyə cəhd göstərir. Ancaq səfirlik Sülh Korpusunun təmsilçisi Sarah Polsvordla formal nikahda olan Eminin xahişinə müsbət cavab vermir.

YENİERA xəbər verir ki, məsələ ilə bağlı yeni təfərrüatlar ondan ibarətdir ki, amerikalılar Emini öz səfirliklərində saxlamağa risk etməyiblər və bu məqsədlə əvvəlcə Polşanın Azərbaycandakı səfirliyindən istifadə etməyə çalışıblar.

Lakin polyaklar bu avantüraya getməyiblər.

Sonra başqa variantlar axtaran amerikalılar nəticədə seçimlərini İsveçrənin Azərbaycandakı səfirliyinin üzərində saxlayıblar.

Səfirliyə tapşırıq birbaşa Berndən gəlib. Səfir Paskal Obişer o zaman məzuniyyətdə olsa da, bundan imtina etməyə cəsarəti çatmayıb.

Məlumata görə, Emin xarici görkəmini tam dəyişib, saçını rəngləyib, qadın paltarı geyinib. O, hətta, adamların onu tanıyıb-tanımamasını yoxlamaq üçün bu formada küçəyə də çıxıb.

Nəhayət, avqustun 18-də azərbaycanlı tanışı qadın libasında olan və ingiliscə danışan Emini İsveçrə səfirliyi yaxınlığında maşından düşürüb və o, səfirliyə daxil olmağı bacarıb.

Artıq səfirliyə daxil olandan sonra ona binanın 3-cü mərtəbəsində otaq veriblər. Avropa oyunları başlayana qədər elə həmin otaqda da qalıb.

Məlumata görə, onun yeməyi-içməyi yüksək səviyyədə təşkil olunub, hətta çörək belə “Brothause”dan alınıb.

Bundan başqa, Emin üçün hər gün bazarlıq edilib, o, hər şeylə təmin olunub. İş o yerə çatıb ki, Eminə görə İsveçrədən bir neçə nəfər mühafizəçi də gətiriblər. Amma təkcə mühafizəçi yox, onun fizioloji tələbatlarını ödəmək üçün İsveçrədən qız belə gətiriblər.

Dərmanlar əvvəl ancaq alman aptekindən alınıb, amma sonra İsveçrədən gətirilib. Kənardan yemək sifariş olunmayıb, Eminin yeməyi elə səfirlikdə bişirilib.

İsveçrəlilər həmin vaxt Almaniyada olan arvadı Sara Polsvordla telefon danışıqlarını təşkil ediblər.

Yekunda İsveçrə hökuməti Eminin təxminən 200.000 AZN məbləğində vergi borcunu ödəyib. Emin isə Azərbaycan vətəndaşlığından imtina edərək İsveçrə hökuməti qarşısında öhdəlik götürüb ki, siyasi fəaliyyətlə məşğul olmayacaq.

Beləcə, gizlənmək üçün dondan-dona girən Emin Hüseynov İsveçrə səfirliyində təxminən 10 ay qalır. 2015-ci ilin 13 iyununda isə Azərbaycan hökuməti ilə aparılan danışıqlardan sonra İsveçrə Xarici İşlər Nazirliyinin yüksəkrütbəli diplomatının müşayiəti ilə bu ölkəyə uçur.

Bir müddət sonra isə İsveçrənin səfiri Paskal Obişer Belarusa müvəqqəti işlər vəkili göndərilir.

Bənzər Xəbərlər

30.04.2026 - 23:10Ariz Əhədov

Paytaxt Bakıdan başqa şəhərə köçürüləcək? - VACİB AÇIQLAMA

30.04.2026 - 22:54Ariz Əhədov

Dizel mühərrikli avtomobillər qadağan edilir? - VİDEO

30.04.2026 - 21:30Ariz Əhədov

Türkiyədə qalan azərbaycanlılar üçün üzücü xəbər – 1139 AZN ödəyəcəksiniz

30.04.2026 - 18:00Ariz Əhədov

İlham Əliyev Ukraynanın İrpen şəhərinin fəxri vətəndaşı elan edildi

30.04.2026 - 17:05Ariz Əhədov

Milli Qəhrəman Xankəndidə restoran açır

30.04.2026 - 16:52Ariz Əhədov

İlham Əliyev SƏRƏNCAM İMZALADI

30.04.2026 - 16:40Ariz Əhədov

Prezident onu təltif etdi

30.04.2026 - 15:12Ariz Əhədov

Cavid Abdullayev "İSTİAD"ın Azərbaycanda nümayəndəsi seçildi

30.04.2026 - 13:50Ariz Əhədov

Metronun yeni stansiyası bu ərazidə olacaq - Video

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 311

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 091

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:074. 958

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 179
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.