Rusiyanın Gelencik şəhərində yerləşən hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər qoyulub.
Yeniera.az xəbər verir ki, Federal Hava Nəqliyyatı Agentliyi tərəfindən yayılan məlumata əsasən, Gelencik hava limanında təyyarələrin gəlişi və yola düşməsi ilə bağlı əlavə məhdudiyyətlər tətbiq edilib.
Açıqlamada bildirilib ki, bu qərar təhlükəsizlik tədbirləri çərçivəsində qəbul olunub.
Qeyd edək ki, bundan əvvəl Rusiya hava hücumundan müdafiə sistemləri ölkənin müxtəlif bölgələri və Qara dəniz üzərində altı saat ərzində 32 Ukrayna pilotsuz uçuş aparatını məhv edib. Bu hadisələrin fonunda hava məkanında təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilir.
YENİERA.AZ

