Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • İranda silahlı qarşıdurma başlayıb – VİDEO
  • Abid Şərifovun vəziyyəti ağırlaşdı
  • Qubad İbadoğlu haqda qərar dəyişdi – Almaniyaya getdi
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»“Arzum”un qəzası ilə bağlı yeni səs yazısı yayıldı – AUDİO

"Arzum"un qəzası ilə bağlı yeni səs yazısı yayıldı - AUDİO

Gündəm Gülnar Əliyeva03.07.2026 - 18:07
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Kriminalistika sahəsi üzrə ekspert İlqar Altay “TikTok” fenomeni “Arzum9999″un yol-nəqliyyat hadisəsindən dərhal sonra qeydə alındığı iddia edilən səs yazısını ictimaiyyətə təqdim edib.

Yeniera.az xəbər verir ki, səs yazısında danışan şəxs 103 Təcili Tibbi Yardım Xidmətinə müraciət etdiyini bildirir, eyni zamanda canlı yayımı izləyən şəxslərdən də təcili yardım çağırmalarını xahiş edir.


Məsələ ilə bağlı paylaşım edən İlqar Altay bildirib ki, hadisə ilə bağlı hər keçən saat yeni məqamlar üzə çıxır. Onun sözlərinə görə, rəsmi açıqlamalarda və məhkəmə prosesində qadının hadisə yerini tərk etdiyi, 102-yə məlumat vermədiyi qeyd olunsa da, yayılan səs yazısı bu iddialarla ziddiyyət təşkil edir.

Ekspert hesab edir ki, ortaya çıxan material istintaqın necə aparılması ilə bağlı ciddi suallar yaradır və hadisənin araşdırılması ətrafında yaranan ziddiyyətlər işin daha da müəmmalı görünməsinə səbəb olur.

Qeyd edək ki, sosial şəbəkə istifadəçilərinin bir qismi yayılan səs yazısının “Arzum9999″a deyil, qəza zamanı onunla eyni avtomobildə olduğu bildirilən “TikTok” istifadəçisi Müjgana məxsus olduğunu iddia edir.

Sözügedən səs yazısını təqdim edirik.

https://yeniera.az/wp-content/uploads/2026/07/1783086572893-64ba2409561d-aqp5-ngkqfmmm4qrmnc2hmknagtlxfdqkmfqtu0kno4kzhkr915btphrbmqf.mp4

Qeyd edək ki, Yol nəqliyyyat hadisəsində bir gəncin ölümünə, digərinin isə xəsarət almasına səbəb olmaqda və hadisə yerindən qaçmaqda təqsirləndirilən bloqer İlduzə Hacıyevaya (Arzum) 5 il 2 ay müddətə cəza verilib və o məhkəmə zalından həbs edilib.

Bu barədə hökm Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə elan olunub.

Xatırladaq ki, ötən proseslərin birində dövlət ittihamçısı onun 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə 2025-ci ilin iyununda Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

İttihama görə, təqsirləndirilən qəzanı törətdikdən sonra hadisə yerini tərk edib.

İlduzə Hacıyeva Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması – ölümlə nəticələndikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham olunur.

Qəzanın görüntüləri hadisədən sonra sosial şəbəkələrdə də yayılıb.

Bənzər Xəbərlər

29.09.2026 - 11:03Gülnar Əliyeva

Hansı rayonların icra başçısı yoxdur?

29.09.2026 - 10:11Gülnar Əliyeva

Sadıqovla bağlı şok iddialar: 44 günlük müharibənin əvvəlində…

28.09.2026 - 17:25Gülnar Əliyeva

Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? - İcra Hakimiyyətinin "qırmızı işığı"nda qalan sahibkarlar

28.09.2026 - 12:33Gülnar Əliyeva

Kamran Əliyev ali xüsusi və ali hərbi rütbələri təqdim etdi - Video - Fotolar

27.09.2026 - 16:40Gülnar Əliyeva

FHN kollektivi Zəfər parkında - Fotolar+Video

27.09.2026 - 02:02Gülnar Əliyeva

Netanyahunun çıxışı zamanı zalı tərk etməyən AZƏRBAYCANLI DİPLOMAT kimdir? - DOSYE

27.09.2026 - 00:05Gülnar Əliyeva

Azərbaycanda Anım Günüdür!

26.09.2026 - 20:30Gülnar Əliyeva

“Dedi, sir-sifətindən xeyir verənə oxşamırsan” - Deputat “qarpız məsələsi”ndən danışdı

25.09.2026 - 17:04Gülnar Əliyeva

Yeni təhsil nazir Ovni Muradov KİMDİR... - DOSYE

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 206

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 182

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 098

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 852
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.