Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Sənədsiz evlərlə bağlı qərar – Müzakirələrə yekun vuruldu
  • Azərbaycanda qadın ürək əməliyyatından sonra öldü
  • Əliyev Mirziyoyevi təbrik etdi
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Hadisə»Tuqay Hüseynov SAXLANILDI: Azərbaycana GƏTİRİLİR

Tuqay Hüseynov SAXLANILDI: Azərbaycana GƏTİRİLİR

Hadisə Gülnar Əliyeva14.07.2026 - 20:08
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Baş Prokurorluğun Monteneqro Respublikasının Ədliyyə Nazirliyinə ünvanladığı sorğu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdim edilməsindən sonra aparılmış danışıqlar nəticəsində Azərbaycan vətəndaşı Hüseynov Tuqay Coşqun oğlunun ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

Baş Prokurorluqdan Yeniera.az-a bildirilib ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə Tuqay Hüseynov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməkdə təqsirləndirilir.

İttihama əsasən, o, zərərçəkmiş şəxsi xarici ölkələrdə yerləşən universitetlərin magistratura pilləsinə qəbul olunmasına köməklik göstərəcəyi vədi ilə aldadaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə ümumilikdə 150 min avro məbləğində pul vəsaitini ələ keçirməkdə şübhəli bilinir.

Cinayət işi üzrə toplanmış sübutlar əsasında Tuqay Hüseynov barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul olunub, onun istintaqdan yayındığı nəzərə alınaraq Bakı şəhərində İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib.

Həyata keçirilmiş beynəlxalq əməliyyat-axtarış tədbirləri nəticəsində Tuqay Hüseynov Monteneqro Respublikasının ərazisində müəyyən edilərək saxlanılmışdır. Hazırda onun Azərbaycan Respublikasına təhvil verilməsi istiqamətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

Baş Prokurorluq beynəlxalq axtarışda olan şəxslərin xarici dövlətlərin ərazisində müəyyən edilərək saxlanılması və onların Azərbaycan Respublikasına ekstradisiyasının təmin edilməsi məqsədilə xarici tərəfdaş qurumlar, o cümlədən İnterpol ilə səmərəli əməkdaşlığını davam etdirir.

Bənzər Xəbərlər

29.08.2026 - 12:53Gülnar Əliyeva

Sənədsiz evlərlə bağlı qərar - Müzakirələrə yekun vuruldu

29.08.2026 - 12:39Gülnar Əliyeva

Azərbaycanda qadın ürək əməliyyatından sonra öldü

29.08.2026 - 12:00Gülnar Əliyeva

Qalmaqallı Fidan müəllim saxlanıldı-FOTO

29.08.2026 - 11:40Gülnar Əliyeva

Rəsmi iş yeri olanlar, diqqət! - Hərbi xidmətlə bağlı QƏRAR AÇIQLANDI

29.08.2026 - 10:40Gülnar Əliyeva

Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrıldı - FOTO

29.08.2026 - 10:13Gülnar Əliyeva

“Qəbələ” “Şamaxı”ya, “Şəfa” “İmişli”yə qarşı

29.08.2026 - 10:00Gülnar Əliyeva

İrandan Hörmüz boğazının açılması üçün - Şərt

29.08.2026 - 09:30Gülnar Əliyeva

Çimərliyə gedənlərin nəzərinə!

29.08.2026 - 09:00Gülnar Əliyeva

Ermənistan MN-də “cadugər ovu” - Generallar yola salınır

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 915

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 993

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 950

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 761
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.