Şəkidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
YENİERA.az xəbər verir ki, hadisə gecə saat 23:00 radələrində Şəki-Qax avtomobil yolunun İnçə kəndi ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, “Lada Priora” markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.
Qeyd edək ki, avtomobildə olan şəxslər Daxili Qoşunların hərbi qulluqçuları olublar.
Qəza zamanı Laçın rayon sakini, 24 yaşlı Ağazadə Səbuhi Əlibala oğlu aldığı ağır xəsarətlərdən hadisə yerində həlak olub.
Qəzada daha 3 hərbi qulluqçu – Şamaxı sakini, 24 yaşlı Vəliyev Əzəlxan Qalib oğlu, Goranboy sakini, 25 yaşlı Əliyev Ruhin Fərid oğlu və Mingəçevir sakini, 40 yaşlı Hüseynov Surxan Nazim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
YENİERA.az həlak olan hərbiçimizin fotosunu təqdim edir:


