Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Nevroloq Jalə Qarayeva – Türkiyədə ixtisaslaşıb, epilepsiya üzrə də fəaliyyət göstərib
  • AQC “Qiymətləndirmə” jurnalının ilk sayını təqdim edib – FOTO
  • Xətai sakinləri ETİRAZ ETDİ: PROBLEM HƏLLİNİ TAPMIR
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Bakıda saxta general ələ keçirildi

Bakıda saxta general ələ keçirildi

Gündəm Ariz Əhədov02.03.2021 - 13:39
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Nərimanov rayon məhkəməsində Bakıda özünü “general-mayor” kimi təqdim edərək dələduzluq etməkdə təqsirləndirilən Firdovsi Ələkbərovun işi üzrə məhkəmə prosesi başa çatıb.

Metbuat.az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə F. Ələkbərova təqsirləndirildiyi 3 maddədən biri üzrə bəraət alıb. Belə ki, F. Ələkbərova qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədilməklə), 178.2.4-cü (Külli miqdarda ziyan vurmaqla dələduzluq etmək) və 320.1-ci (saxta sənəd hazırlama və satma) ittiham irəli sürülsə də, məhkəmədə onun saxta sənəd hazırlamaq və satması sübuta yetirilmədiyindən ona qarşı irəli sürülən bu ittiham üzrə bəraət verilib. Məhkəmə digər iki maddəni əsas gətirərək F. Ələkbərova 1 il 1 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Təqsirləndirilən şəxs barəsində seçiklmiş həbs qətimkan tədbiri ləğv edilib və o məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmənin qərarı ilə razılaşmayan F. Ələkbərov qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verib.

Bakı Pellyasiya Məhkəməsində şikayət araşdırılıb və qismən təmin edilib. Məhkəmənin qərarı ilə F. Ələkbərovun barəsindəki azadlığın məhdudlaşdırılması qərarı 2 min manat cərimə ilə əvəzlənib.

Xatırladaq ki, 2019-cu il sentyabrın 22-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Nərimanov Rayon Polis İdarəsi əməkdaşları tərəfindən birgə həyata keçirilən əməliyyat tədbiri nəticəsində insanların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onları aldadan şəxs saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Firdovsi Ələkbərov general formasında özünü İnsan Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Komitə adlı (İnternational Human Rights Defence Committee) beynəlxalq təşkilatın Paris Departamenitinin Mərkəzi Asiya Layihəsi üzrə rəhbəri kimi təqdim edib təşkilat tərəfindən ona general rütbəsi verildiyini deyərək insanları buna inandırıb.

Daha sonra o, ayrı-ayrı zərərçəkənləri təşkilatın Azərbaycan nümayəndəliyində rəhbər vəzifələrə təyin etdirəcəyini, onlara general, polkovnik və digər rütbələr, həmçinin diplomatik pasport, eləcə də təşkilatın nişanının veriləcəyini deyərək onları aldadıb. Bu üsulla F.Ələkbərov zərərçəkənlər İ.Ağayevdən 24976 manat, T.Musayevdən 3000 manat və E.Axundzadədən 6000 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Əvəzində isə zərərçəkmiş şəxslərə həmin təşkilatın adından qanunsuz hazırlanmış saxta diplomatik pasport, saxta vəsiqə və digər saxta sənədlər satıb.

F.Ələkbərovun Nəsimi rayonunda yerləşən ofisinə baxış zamanı təşkilatın adından qanunsuz hazırlanmış özünə aid saxta diplomatik pasport, saxta xidməti vəsiqə, müxtəlif saxta sənədlər, iki dəst general forması və digər madi sübutlar aşkar edilərək götürülüb. Qeyd edək ki, F.Ələkbərov zərərçəkənlərdə inam yaratmaq məqsədi ilə müxtəlif sosial şəbəkələrdə səhifələr yaradaraq general formasında şəkillərini də paylaşıb.

Faktla bağlı Baş İdarədə F.Ələkbərov barəsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq) və 320.1 (saxta sənəd hazırlama və satma) maddələri ilə cinayət işi başlanılıb.(Trend)

Bənzər Xəbərlər

11.09.2026 - 13:47Gülnar Əliyeva

"Şəki yaylası"nda problem dəfələrlə olurmuş... - Görüntülər yayıldı - VİDEO

10.09.2026 - 16:38Gülnar Əliyeva

Naxçıvan Həmkarlar İttifaqı sədrinin milyonluq imperiyası – SİYAHI

10.09.2026 - 16:25Gülnar Əliyeva

"Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir" - Şeyxin qardaşı

10.09.2026 - 10:00Gülnar Əliyeva

“Şəki yaylası”nda baş verən hadisə ilə bağlı cinayət işi açıldı

09.09.2026 - 13:07Gülnar Əliyeva

IV İqlim Həftəsinin rəsmi açılış mərasimi keçirilir - Foto

08.09.2026 - 20:25Gülnar Əliyeva

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Türkiyədən açıqlama

07.09.2026 - 10:25Gülnar Əliyeva

Prezidentin bu sərəncamı icra olunur: Bəzi ödənişlər artırıldı

06.09.2026 - 22:52Gülnar Əliyeva

Kəmaləddin Heydərova yeni təyin olunan müşavir kimdir?

06.09.2026 - 15:19Gülnar Əliyeva

Universitetlər bu rayonlara köçürülə bilər – SİYAHI

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 004

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 061

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 987

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 795
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.