Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “Nə cərimə yazırlarsa, yazsınlar, pulum yoxdur” – Rəşid Mahmudov
  • Elvin Mahmudzadə HƏBS EDİLDİ
  • Prezidentin vəzifəsindən azad etdiyi Yusif Yusifov kimdir? – DOSYE
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Siyasət»Azərbaycan və Türkmənistan prezidentləri görüşdü – Fotolar

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü - Fotolar

Siyasət Gülnar Əliyeva08.10.2026 - 14:15
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Bu gün Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü olub.

Yeniera.az xəbər verir ki, söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun isə Azərbaycana, o cümlədən Qarabağa səfərləri məmnunluqla xatırlandı, bu səfərlərin ikitərəfli münasibətlərin inkişafında mühüm rolu vurğulanıb. Qeyd edilib ki, ötən ildən etibarən ölkələrimiz arasında ən yüksək səviyyədə beş səfərin həyata keçirilməsi siyasi dialoqun intensivliyinin və qarşılıqlı əlaqələrin dinamikasının bariz göstəricisidir.

Görüşdə Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin son illərdə dinamik şəkildə inkişaf etdiyi məmnunluqla qeyd olunub. Siyasi, iqtisadi, nəqliyyat, tranzit, logistika, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, həmçinin Xəzər dənizi mövzusu və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə edilib.

Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün ölkəmizlə region dövlətləri arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsi, regional əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyəti vurğulanıb.

Prezident İlham Əliyev bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.

Dövlət başçısı ötən ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri formatına tamhüquqlu üzv qəbul edilməsini xatırladaraq, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov tərəfindən irəli sürülmüş bu tarixi təşəbbüsün yekdilliklə dəstəklənməsinə görə bir daha minnətdarlığını bildirib.

Dövlət başçıları ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bənzər Xəbərlər

08.10.2026 - 22:15Gülnar Əliyeva

Prezidentin vəzifəsindən azad etdiyi Yusif Yusifov kimdir? - DOSYE

08.10.2026 - 21:20Gülnar Əliyeva

Prezidentin Türkmənistan səfərindən - Görüntülər+Video

08.10.2026 - 20:00Gülnar Əliyeva

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

08.10.2026 - 19:11Gülnar Əliyeva

İlham Əliyev Türkmənbaşıda konsert proqramında - Video

08.10.2026 - 19:00Gülnar Əliyeva

Əli Əsədov pensiya ilə bağlı yeni qərar imzaladı

08.10.2026 - 18:42Gülnar Əliyeva

Cəbrayılda mal-qara otaran 26 yaşlı sakin minaya düşdü-YENİLƏNİB

08.10.2026 - 17:15Gülnar Əliyeva

Prezident onu yüksək vəzifəyə təyin etdi - SƏRƏNCAM

08.10.2026 - 16:10Gülnar Əliyeva

Azərbaycan və Ermənistan nümayəndələri Gorusda görüşdülər

08.10.2026 - 13:25Gülnar Əliyeva

“Azad edilmiş ərazilərin bərpasında qardaş dəstəyi xüsusi əhəmiyyətə malikdir”

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 258

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 232

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 137

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 877
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.