Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8669
  • 100 RUB 2.0809
  • GBP 2.2284
  • TRY 0.0336
  • CNY 0.2547
  • GEL 0.6566
  • 100 KZT 0.3732
  • UAH 0.0378
  • AED 0.4628
Maraqlı

8 illik PUBG təcrübəsi və 5 illik canlı yayım: RR TERROR ləqəbli Emil Hüseynov

8 illik PUBG təcrübəsi və 5 illik canlı yayım: RR TERROR ləqəbli Emil Hüseynov

PUBG Mobile oyununa olan marağını illər ərzində peşəkar fəaliyyətə çevirən RR TERROR ləqəbli Emil Hüseynov rəqəmsal platformalarda öz auditoriyasını formalaşdırmağı bacaran kontent yaradıcılarından biridir.

27 yaşlı Emil Hüseynov Rusiyanın Sankt-Peterburq şəhərində anadan olub. Hazırda Bakıda yaşayan Emil artıq 8 ildir PUBG ilə məşğuldur. Son 5 ildə isə oyun təcrübəsini TikTok və digər rəqəmsal platformalarda canlı yayımlar vasitəsilə izləyiciləri ilə bölüşür.

RR TERROR (Emil Hüseynov)

Onun fəaliyyəti yalnız oyun oynamaqla məhdudlaşmır. Canlı yayımlar vasitəsilə izləyicilərlə ünsiyyət, rəqabət mühiti və gaming auditoriyası ilə qurulan əlaqə RR TERROR-un fəaliyyətinin əsas istiqamətlərindəndir.

Uzunmüddətli oyun təcrübəsi və davamlı canlı yayım fəaliyyəti Emil Hüseynovun bu sahədə öz yolunu qurmasına imkan yaradıb. RR TERROR adı ilə tanınan yaradıcı üçün əsas məqsədlərdən biri auditoriyasını genişləndirmək və Azərbaycan gaming kontentinin inkişafına töhfə verməkdir.

TikTok LIVE platformasında uğurlar və rekordlar

RR TERROR-un fəaliyyətində xüsusi yer tutan istiqamətlərdən biri də TikTok LIVE platformasıdır. O, canlı yayımları zamanı çoxsaylı izləyiciləri bir araya gətirərək gaming sahəsində geniş auditoriya formalaşdırmağı bacarıb.

Emil Hüseynov oyun istiqamətində əldə etdiyi nəticələrə görə Azərbaycanın diqqət çəkən gaming yayımçılarından biri kimi tanınır. Onun uğurları arasında TikTok tərəfindən təşkil olunan LIVE Fest və Community Fest yarışlarında qalib olması xüsusi əhəmiyyət daşıyır.

Bununla yanaşı, RR TERROR fəaliyyəti ərzində müxtəlif rekordlara imza atıb. Davamlı canlı yayım fəaliyyəti, izləyici marağı və yarışlardakı nəticələri onun rəqəmsal platformalardakı mövqeyini daha da möhkəmləndirib.

Paylaş: