Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Prezident açılışdan sonra sükan arxasına keçdi – Video
  • Alen Simonyan: Hikmət Hacıyevlə iki gündən bir danışırıq
  • Baləlidən “butulka” davası barədə AÇIQLAMA
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Bu gün Laçın Şəhəri Günüdür

Bu gün Laçın Şəhəri Günüdür

Gündəm Ariz Əhədov26.08.2025 - 00:05
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Bu gün Laçın Şəhəri Günüdür.

Yeniera.az xəbər verir ki, Laçın şəhəri günü Prezident İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq hər il 26 avqust tarixində təntənəli şəkildə qeyd edilir.

Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan Ordusunun Laçın şəhərində 2022-ci ilin avqustun 26-da yerləşməsi ilə əlaqədardır. Həmin gün Prezident İlham Əliyev azərbaycanlıların Laçın şəhərinə qayıtması ilə bağlı müjdəli xəbəri “X” sosial şəbəkəsində elan edib.

Dövlət başçısının 2022-ci ilin bu günü paylaşdığı mətndə deyilir: “Bu gün, avqustun 26-da biz – Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”.

Beləliklə, avqustun 26-da Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Ordu korpusunun komandiri, general-mayor Kənan Seyidov Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi ilə bağlı Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə məruzə edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olunub və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb.

Məcburi köçkünlərin doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılıb. Artıq Laçın şəhərinə məcburi köçkünlərin qayıdışına başlanılıb və bu istiqamətdə işlər davam etdirilir.

Bənzər Xəbərlər

16.09.2026 - 17:13Gülnar Əliyeva

Prezident açılışdan sonra sükan arxasına keçdi - Video

16.09.2026 - 16:30Gülnar Əliyeva

Alen Simonyan: Hikmət Hacıyevlə iki gündən bir danışırıq

16.09.2026 - 16:09Gülnar Əliyeva

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

16.09.2026 - 16:04Gülnar Əliyeva

Ramiz Mehdiyevin işində onlar da dindirilib

16.09.2026 - 12:14Gülnar Əliyeva

İlham Əliyev Qaradağda açılışda - Fotolar

16.09.2026 - 11:43Gülnar Əliyeva

İlham Əliyevdən konfrans iştirakçılarına - Müraciət

16.09.2026 - 11:41Gülnar Əliyeva

Prezident onları təltif etdi - Adlar

16.09.2026 - 08:00Gülnar Əliyeva

“Azərbaycan və BƏƏ sabitlik və dialoqa töhfə verir” - Hikmət Hacıyev

15.09.2026 - 22:25Gülnar Əliyeva

Vardanyan həbsxanadan oğurluqla məşğuldur

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 048

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 086

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 015

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 809
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.