Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • 1 qəpiklik yumurtanın içindən görün nə çıxdı — VİDEO
  • Ruslan Baxşəliyev şöbə müdir təyin edildi
  • Rəşadət Əlizadənin MEYİTİ TAPILDI
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»3-cü sinifdə dərs saatı ARTIRILDI

3-cü sinifdə dərs saatı ARTIRILDI

Cəmiyyət Ariz Əhədov10.09.2025 - 13:27
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Həyat bilgisi fənni ibtidai siniflərin 1-ci sinfindən başlayaraq 4-cü sinfədək tədris olunur. Əvvəlki illərdə bu fənnin ilk siniflərdə tədrisinə həftədə 1 saat ayrılırdı. Lakin bu ildən etibarən 3-cü sinif üçün yeni “Həyat bilgisi” dərsliyi məktəblərə təqdim olunub və fənnin tədrisi həftədə 2 saata qaldırılıb”.

Yeniera.az bu barədə “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, bu fikirləri 2025-2026-cı tədris ilində ümumtəhsil müəssisələrinin 3-cü siniflərində tətbiq olunacaq yeni nəsil “Həyat bilgisi” dərslik komplektinin məzmun və tədris texnologiyasının xüsusiyyətlərinin müzakirəsinə həsr edilmiş vebinarda Azərbaycan Respublikasının Təhsil İnstitutunun Tədris resursları şöbəsinin müdiri Rasim Abdurazaqov səsləndirib.

O bildirib ki, kurikulum da təkmilləşdirilib, yeni dərslik hazırlanıb. Əvvəlki illərdə olduğu kimi, bu fənni ibtidai sinif müəllimləri tədris edəcəklər.

“Həyat bilgisi” dərsliklərinin müəllifi, layihə rəhbəri Elşad Yunusov isə qeyd edib ki, 1-ci sinifdə uşaqların ünsiyyət və münasibət bacarıqları hələ zəif olduğuna görə, Həyat bilgisi fənnində mövzuların paylanmasında əsasən sosial istiqamət üstünlük təşkil edir. Belə ki, dərsliklərdə və standartlarda balans təqribən 30% təbiət elmləri, 70% sosial mövzular üzərində qurulub.

“2-ci sinifdə bu nisbət dəyişir – 40% sosial, 60% təbiət elmlərə ayrılır. 3-cü və 4-cü siniflərdə təbiət elmləri üzrə mövzular daha da artır. Xüsusən 4-cü sinifdə 70% təbiət elmləri, 30% sosial mövzular təşkil edir. Bu mərhələdə təbiət elmlərinə üstünlük verilməsi təsadüfi deyil. Çünki həmin mövzular artıq 5-ci sinifdə tədris olunan təbiət elmlərinin əsasını təşkil edir. Əgər şagirdlər bu bilikləri ibtidai siniflərdə mənimsəməsələr, növbəti siniflərdə bəzi mövzuların öyrənilməsi onlar üçün çətinlik yarada bilər”.

Bənzər Xəbərlər

20.06.2026 - 18:14Ariz Əhədov

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı — VİDEO

20.06.2026 - 18:12Ariz Əhədov

Ruslan Baxşəliyev şöbə müdir təyin edildi

20.06.2026 - 18:10Ariz Əhədov

Rəşadət Əlizadənin MEYİTİ TAPILDI

20.06.2026 - 18:09Ariz Əhədov

DİQQƏT! Bakıda iş saatları dəyişdirilir: Belə tətbiq ediləcək

20.06.2026 - 17:20Ariz Əhədov

Flora Kərimova xəstəxanadan evə buraxıldı

20.06.2026 - 17:19Ariz Əhədov

Pərişan Həsənova vəfat etdi - FOTO

20.06.2026 - 17:16Ariz Əhədov

DİN-də mühüm tədbir: Vilayət Eyvazov da iştirak edir

20.06.2026 - 16:39Ariz Əhədov

Türkiyədə iki zəlzələ oldu

20.06.2026 - 16:34Ariz Əhədov

Bu ölkədə ağır təyyarə QƏZASI: Tanınmış iş adamı HƏLAK OLDU

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 770

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 188

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 349

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 061
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.