Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Fevrala kimi minlərlə insan öləcək – Qorxulu hava XƏBƏRDARLIĞI
  • Tanınmış aktrisa vəfat etdi – FOTO
  • Azərbaycanda ağır qəza – Ölən var
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Millimizin baş məşqçisinə cinayət işi açılıb: Gömrük Komitəsini ittiham etdi

Millimizin baş məşqçisinə cinayət işi açılıb: Gömrük Komitəsini ittiham etdi

Gündəm Ariz Əhədov10.09.2025 - 15:32
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Azərbaycan Kunq-Fu Federasiyasının peşəkarlardan ibarət yığma komandasının baş məşqçisi Nəriman Cavadzadəyə cinayət işi açılıb.

Yeniera.az qaynarinfo-ya istinadən xəbər verir ki, 1990-cı ildə Ağsu şəhərində anadan olmuş Nəriman Cavadzadə barəsində iltizam növündə qətimkan tədbiri seçilib.

Onun Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.

Məlum olub ki, Nəriman Cavadzadə Əbu-Dabi-Bakı aviareysi ilə Azərbaycana gəldiyi zaman çamadanına keçirilmiş gömrük baxışı zamanı 1 640 manat dəyərində siqaret və elektron siqaretlər aşkarlanıb.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Nəriman Cavadzadə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək deyib ki, idmançıdır və yığma komandanın baş məşqçisi işləyir. Üzərində 5 ədəd telefon və bir çanta olub. Əşyaları da çantanın içərisinə yerləşdirib. O, 2018-ci ildən gömrük orqanlarında xidmətə başladığını, 2024-cü ilin yanvar ayında öz ərizəsi ilə vəzifədən azad olunduğunu deyib. İdmançı gömrük orqanlarında sonuncu dəfə Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Sərnişin şöbəsində inzibatçı vəzifəsində çalışıb. Onun fikrincə, bu ittiham ona qarşı qərəzin nəticəsidir.

Məhkəmənin qərarı ilə baş məşqçi bir il müddətinə aksiz markası ilə markalanmalı olan məhsulların satış fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə, 2000 manat cərimə edilib.

Çamadanında aşkar edilən 50 qutu “Vozol Vista 20000” markalı elektron siqaret və 18 qutu “Parliament platinum” markalı siqaret dövlət nəfinə müsadirə olunub.

Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

Bənzər Xəbərlər

25.09.2026 - 01:45Gülnar Əliyeva

Fevrala kimi minlərlə insan öləcək - Qorxulu hava XƏBƏRDARLIĞI

24.09.2026 - 23:00Gülnar Əliyeva

Tanınmış aktrisa vəfat etdi - FOTO

24.09.2026 - 22:35Gülnar Əliyeva

Azərbaycanda ağır qəza - Ölən var

24.09.2026 - 22:19Gülnar Əliyeva

Ukraynaya əsgər göndərə bilərlər

24.09.2026 - 22:18Gülnar Əliyeva

“Sabah”ın matçına gedənlərin nəzərinə! - Nəqliyyat ayrıldı

24.09.2026 - 20:58Gülnar Əliyeva

Bank kartları ilə bağlı - Daha bir qadağa

24.09.2026 - 20:54Gülnar Əliyeva

İki rayonda qaz təchizatı dayandırılacaq

24.09.2026 - 20:15Gülnar Əliyeva

Ceyhun Bayramov İƏT-də çıxış etdi - Fələstinlə bağlı danışdı

24.09.2026 - 19:00Gülnar Əliyeva

Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 099

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 122

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 041

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 829
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.