Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9053 ▼0.0040
  • 100 RUB 1.9948 ▼0.0050
  • GBP 2.2514 ▼0.0002
  • TRY 0.0345
  • CNY 0.2540 ▲0.0002
  • GEL 0.6557 ▲0.0014
  • 100 KZT 0.3751 ▼0.0023
  • UAH 0.0379 ▲0.0001
  • AED 0.4628
Dünya

“Aİ Rusiyanın aktivlərini ələ keçirmək istəyir” – Orban

“Aİ Rusiyanın aktivlərini ələ keçirmək istəyir” – Orban

Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Avropa İttifaqı (Aİ) Rusiyanın aktivlərini müsadirə etmək istəyir, çünki o, artıq Kiyev rejimini öz vəsaitlərindən maliyyələşdirə bilmir.

Yeniera.az xəbər verir ki, Britaniyanın “The Economist” nəşrinin hesablamalarına görə, Kiyevin döyüşləri davam etdirməsi üçün qarşıdakı dörd il ərzində təxminən 400 milyard dollara ehtiyacı var,

Orban qeyd edib: “Ukrayna Avropanın bu xərcləri öz üzərinə götürəcəyini gözləyir, çünki başqa heç kim bu yükü öz üzərinə götürmək istəmir.

Buna görə də Brüssel çox əsəbidir. Onlar Rusiyanın dondurulmuş aktivlərini müsadirə etmək, Aİ-nin maliyyələşdirmə sisteminə yenidən baxmaq və yeni kreditlər almaq istəyirlər. Biz bunun əleyhinəyik. Macarıstanın Ukraynanı maliyyələşdirmək öhdəliyi yoxdur.

Bizim bunun üçün heç bir əsasımız yoxdur: nə siyasi, nə iqtisadi, nə də mənəvi”.

Yeganə

Paylaş: