Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9093
  • 100 RUB 1.9998
  • GBP 2.2516
  • TRY 0.0345
  • CNY 0.2538
  • GEL 0.6543
  • 100 KZT 0.3774
  • UAH 0.0378
  • AED 0.4628
Hadisə

Bakıda yanğın oldu – Yaralananlar var

Bakıda yanğın oldu – Yaralananlar var

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, 2-ci Şimal küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

Yeniera.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus ümumi sahəsi 900kv.m. olan ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına, o cümlədən bitişik tikilən evlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində fərdi yaşayış evinin ikinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 320kv.m. sahədə yanıb. 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

Paylaş: