Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq?
  • Bu xəstəxananın baş həkimi işdən çıxarıldı
  • 150 ilin ən güclü istisi qapıdadır – Ərzaq da bahalaşacaq
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Hadisə»Baş Prokurorluq məlumat yaydı

Baş Prokurorluq məlumat yaydı

Hadisə Gülnar Əliyeva15.07.2026 - 11:16
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Beynəlxalq axtarışda olan şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edilib.

Bu barədə Yeniera.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Baş Prokurorluq tərəfindən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının səlahiyyətli orqanlarına ünvanlanan ekstradisiya sorğusu, habelə beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdim edilməsindən sonra aparılmış danışıqlar nəticəsində Pakistan İslam Respublikasının vətəndaşı Qasım Sohail Mohammad oğlunun Azərbaycan Respublikasına ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayətkarlıqla Mübarizə İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə toplanmış materiallara əsasən, Qasım Sohail Mohammad oğlunun elektron informasiya texnologiyalarından istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında xarici bankların müştərilərinə məxsus hesablardan pul vəsaitlərini qanunsuz ələ keçirməsi, həmin vəsaitlər hesabına Bakı şəhərində fəaliyyət göstərən mağazalardan onlayn qaydada müxtəlif məhsullar əldə etməsi, sonradan bu malları səyyar qaydada sataraq pul vəsaitini nağdlaşdırması, eləcə də digər qanunsuz əməllər törətməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında onun barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul olunub. İstintaqdan yayındığı üçün barəsində həbs qətimkan tədbiri seçilərək Bakı şəhərində İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarış elan edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs Birləşmiş Krallıq ərazisində müəyyən edilərək saxlanılıb.

Hazırda onun Azərbaycan Respublikasına gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən beynəlxalq prosedurlara uyğun müvafiq tədbirlər həyata keçirilir.

Baş Prokurorluq beynəlxalq axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycan Respublikasına ekstradisiya olunması istiqamətində xarici tərəfdaş qurumlar, o cümlədən İnterpol ilə sıx əməkdaşlığı bundan sonra da davam etdirəcək.

Bənzər Xəbərlər

19.08.2026 - 10:38Gülnar Əliyeva

Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq?

19.08.2026 - 10:25Gülnar Əliyeva

Bu xəstəxananın baş həkimi işdən çıxarıldı

19.08.2026 - 10:13Gülnar Əliyeva

150 ilin ən güclü istisi qapıdadır - Ərzaq da bahalaşacaq

19.08.2026 - 10:00Gülnar Əliyeva

Məşhur generala AĞIR İTKİ

18.08.2026 - 23:45Gülnar Əliyeva

Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

18.08.2026 - 23:43Gülnar Əliyeva

Bu həftə bəzi bürclər üçün dönüş nöqtəsi olacaq

18.08.2026 - 23:42Gülnar Əliyeva

Azərbaycanın axtarışa verdiyi rusiyalı məmur istefa verdi

18.08.2026 - 23:41Gülnar Əliyeva

Dubayda “Bizim Tarla”dan qurd çıxdı – "Azərsun"dan AÇIQLAMA - FOTO

18.08.2026 - 19:13Gülnar Əliyeva

Mədət Quliyevin oğlu vəzifədən azad edildi

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 818

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 935

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 892

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 728
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.