Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8945
  • 100 RUB 2.1118
  • GBP 2.2645
  • TRY 0.0341
  • CNY 0.2552
  • GEL 0.6554
  • 100 KZT 0.3733
  • UAH 0.0373
  • AED 0.4628
Dünya

Böyük güclər İrana qarşı birləşir: Rutte elan etdi

Böyük güclər İrana qarşı birləşir: Rutte elan etdi
Iran's national flag waves as Milad telecommunications tower and buildings are seen in Tehran, Iran, Tuesday, March 31, 2020. In recent days, Iran which is battling the worst new coronavirus outbreak in the region, has ordered the closure of nonessential businesses and banned intercity travels aimed at preventing the virus' spread. (AP Photo/Vahid Salemi)

NATO-nun baş katibi Mark Rutte alyansın İranla mümkün münaqişədə iştirakını tam istisna etmədiyini bildirib.

Yeniera.az xəbər verir ki, Rutte bunu Ankarada çıxışı zamanı qeyd edib. O bildirib ki, İranın NATO ərazisindən kənarda yerləşməsi alyansın belə bir münaqişəyə heç bir formada cəlb oluna bilməyəcəyi anlamına gəlmir.

Baş katib vurğulayıb ki, İranla yeni hərbi qarşıdurma baş verəcəyi təqdirdə, ABŞ-nin Ukraynaya silah tədarükü bundan təsirlənməyəcək. Onun sözlərinə görə, Vaşinqton hər iki istiqamətdə öhdəliklərini eyni vaxtda yerinə yetirmək imkanına malikdir.

Rutte həmçinin bildirib ki, NATO-ya üzv bütün dövlətlər İranın nüvə silahı əldə etməsinin yolverilməz olduğu mövqeyini bölüşür.

O əlavə edib ki, NATO sammitində alyans ölkələrinin yanacaq təminatının gücləndirilməsi ilə bağlı qərar qəbul olunub./globalinfo

Paylaş: