Azərbaycanda 5 dövlət şirkəti ləğv olunduğunu elan edib.
YENİERA.az xəbər verir ki, Ölkə.az-ın əldə etdiyi xəbərə görə, bunlar “Tikinti Sənaye Müəssisələri Kombinatı”, “İstehsalat Texnoloji Komplektləşdirmə Dövlət Müəssisəsi”, “Əlvanmetal Pansionatı”, “Azərborukəmərtikinti müəssisəsi” və “2 nömrəli Sənaye Kombinatı” MMC-lərdir.
Sözügedən müəssisələr vaxtilə dövlət mülkiyyətində olublar və müxtəlif dövlət konsernlərinin tərkibində fəaliyyət göstəriblər.
Son illərdə isə Məhdud Məsuliyyətli Cəmiyyətlərə çevrilmişdilər.

