Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8945 ▲0.0038
  • 100 RUB 2.1118
  • GBP 2.2645 ▲0.0044
  • TRY 0.0341
  • CNY 0.2552 ▲0.0003
  • GEL 0.6554 ▲0.0003
  • 100 KZT 0.3733 ▲0.0010
  • UAH 0.0373 ▲0.0001
  • AED 0.4628
Hadisə

Ceyranbatanda 10 məktəbli popkorndan zəhərləndi – Yenilənib

Ceyranbatanda 10 məktəbli popkorndan zəhərləndi – Yenilənib

Abşeron rayonu Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib.

YENİERA.az Oxu.az-a istinadən xəbər verir ki, hazırda əraziyə təcili tibbi yardım cəlb olunub.

Onların popkorndan zəhərləndiyi iddia olunur.

***

Hadisə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, məsələ nəzarətə götürülüb. Araşdırma aparılır.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 15:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbə məktəbindən çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

Təcili tibbi yardım briqadası tərəfindən 8 nəfərə yerində yardım olunub.

Paylaş: