Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9093
  • 100 RUB 1.9998
  • GBP 2.2516
  • TRY 0.0345
  • CNY 0.2538
  • GEL 0.6543
  • 100 KZT 0.3774
  • UAH 0.0378
  • AED 0.4628
Cəmiyyət

Bu yollarda velosipedlərin də hərəkəti işıqforla tənzimlənəcək – VİDEO

Bu yollarda velosipedlərin də hərəkəti işıqforla tənzimlənəcək – VİDEO

Bakıda 47 yolayrıcında mövcud olan işıqforlara 115 ədəd velosiped bölməsi quraşdırılaraq istifadəyə verilib.

Yeniera.az xəbər verir ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən görülən işlər çərçivəsində svetoforlara velosiped bölmələrinin quraşdırıldığı yeni kəsişmələr aşağıdakılardır:

1. Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsi;

2. Səbail rayonu, Neftçilər prospekti ilə Bülbül prospektinin kəsişməsi;

3. Səbail rayonu, Xaqani küçəsi ilə Azadlıq prospektinin kəsişməsi;

4. Xətai rayonu, İzzət Orucov küçəsi ilə Sabit Orucov küçəsinin kəsişməsi.

Yeni nəsil LED işıqlandırma ilə təchiz olunan velosiped bölmələrinin quraşdırılması mikromobilliyin inkişafı məqsədilə həyata keçirilir.

 

Paylaş: