Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9093
  • 100 RUB 1.9998
  • GBP 2.2516
  • TRY 0.0345
  • CNY 0.2538
  • GEL 0.6543
  • 100 KZT 0.3774
  • UAH 0.0378
  • AED 0.4628
Hadisə

Dağlıq ərazidə köməksiz qalan xarici vətəndaşlar xilas edildi – Video

Dağlıq ərazidə köməksiz qalan xarici vətəndaşlar xilas edildi – Video

Ötən gecə güclü yağıntılar səbəbindən Xızı rayonunun Fındığan kəndi yaxınlığında dağlıq ərazidə 3 nəfər avtomobildə köməksiz vəziyyətdə qalıb.

YENİERA.az xəbər verir ki, hadisə ilə bağlı FHN-ə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Siyəzən Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, içərisində 3 nəfər xarici ölkə vətəndaşının olduğu “Toyota Prado” markalı minik avtomobili yoldan çıxıb palçıqda batıb və vətəndaşlar köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi təyinatlı nəqliyyat vasitəsilə vətəndaşları təhlükəsiz əraziyə təxliyə ediblər.

Paylaş: