Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
  • Hamı bu qəzadan danışır – Arzum günahkardır, ya yox?
  • Ziddiyyətlərin sükutundakı həqiqət: “Əks qütblərin dostluğu” əsəri Nəcibə İlkinin təqdimatında…
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Dəhşətli hava dalğası yaxınlaşır – Azərbaycanı nə gözləyir?

Dəhşətli hava dalğası yaxınlaşır - Azərbaycanı nə gözləyir?

Cəmiyyət Ariz Əhədov24.06.2026 - 12:50
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Avropanı cənginə alan rekord istilər nəticəsində azı 18 nəfər həyatını itirib. Sinoptiklərin məlumatına görə, anomal isti hava dalğası İspaniya, İtaliya, Böyük Britaniya və digər Avropa ölkələrini əhatə edib.

Bəs Avropada müşahidə olunan rekord istilər Azərbaycana da təsir edə bilərmi?

Yeniera.az xəbər verir ki, Globalinfo.az-a danışan iqlimşünas Məhərrəm Mehdiyev bu suala konkret cavab verməyin çox çətin olduğunu bildirib:

“Çünki havanın necə olacağını dəqiq proqnozlaşdırmaq mümkün deyil. Bununla belə, elmi müşahidələrə və iqlim meyillərinə əsaslanaraq müəyyən ehtimallar irəli sürmək olar. Məlumdur ki, son illərdə Azərbaycanda orta illik temperatur yüksəlməkdədir. Bu, iqlim dəyişikliyinin təsirlərindən biridir və artıq elmi araşdırmalarla da təsdiqlənir. Lakin yaxın perspektivdə Azərbaycanda Avropanın bəzi ölkələrində müşahidə olunan rekord səviyyədə istilərin hökm sürəcəyini qəti şəkildə söyləmək çətindir”.

İqlimşünasın qənaətinə görə, bu ilin iyun ayındakı hava şəraiti ötən ilin analoji dövrünə bənzəyəcək:

“Ayrı-ayrı günlərdə temperatur fərqləri və ya isti günlərin sayı dəyişə bilər, lakin ümumi mənzərə baxımından ciddi fərqlər gözlənilmir. Avropada son dövrlərdə qeydə alınan rekord istilər isə təkcə mövsümi dəyişikliklərlə izah edilmir. Burada qlobal iqlim dəyişikliyi ilə yanaşı, atmosfer prosesləri, yüksək təzyiq sistemləri və digər meteoroloji amillər də mühüm rol oynayır. Məhz bu səbəbdən bəzi Avropa ölkələrində temperatur rekord həddə yüksəlir. Azərbaycanda da istilərin tədricən artması ehtimalı var. Ancaq hazırkı məlumatlar əsasında Avropadakı kimi ekstremal temperatur göstəricilərinin mütləq şəkildə təkrarlanacağını demək doğru olmaz”.

Bənzər Xəbərlər

24.06.2026 - 12:38Ariz Əhədov

İcra başçıları ilə bağlı - VACİB QƏRAR

24.06.2026 - 12:28Ariz Əhədov

Türkiyə - Paraqvay oyunu yenidən keçiriləcək? - FIFA-dan cavab gəldi

24.06.2026 - 12:03Ariz Əhədov

Tbilisiyə getmək istəyənlərə şad xəbər - 3 ay sonrayadək...

24.06.2026 - 11:55Ariz Əhədov

Əmlak alarkən diqqətli olun! - Ali Məhkəmə əsas riskləri açıqladı

24.06.2026 - 11:42Ariz Əhədov

PFL klublara 3 milyona yaxın ödəniş etdi

24.06.2026 - 11:30Ariz Əhədov

Azərbaycanda xaricdə iş və təhsil sahəsində yeni standartlar: First Academy-nin inkişaf modeli diqqət çəkir

24.06.2026 - 11:28Ariz Əhədov

“Jurnalist-bloqer” həbs edildi - 10-dan çox şikayətçi var

24.06.2026 - 11:15Ariz Əhədov

Nazirlikdən hava ilə bağlı əhaliyə - Müraciət

24.06.2026 - 11:03Ariz Əhədov

Bir ayın əsgəri səhlənkarlıqdan ölüb?

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 781

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 197

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 353

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 062
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.