Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9093
  • 100 RUB 1.9998
  • GBP 2.2516
  • TRY 0.0345
  • CNY 0.2538
  • GEL 0.6543
  • 100 KZT 0.3774
  • UAH 0.0378
  • AED 0.4628
Gündəm

İdrak liseyinin sahibi görün kimdir? – FOTO

İdrak liseyinin sahibi görün kimdir? – FOTO

Xəbər verdiyimiz kimi, İdrak Liseyində silahlı insident baş verib, liseyin müəllimi 10-cu sinif şagirdi tərəfindən güllələnib.

Yeniera.az Milli.az-a istinadən xəbər verir ki, hadisənin baş verdiyi lisey 2014-cü il sentyabrın 15-də fəaliyyətə başlayıb.

Liseyin təsisçisi, pedaqoji elmlər doktoru, bir neçə elmi əsərin, çoxsaylı monoqrafiya, dərs və metodik vəsaitin müəllifi Mönsüm Alışovdur.

Mönsüm Alışov 1954-cü il iyulun 05-də Qubadlı rayonunun Çərəli kandində anadan olub. 1972-1977-ci illərdə Azərbaycan Pedoqoji İnstitutunun riyaziyyat fakültəsini bitirib.

2002-ci ildə Bakı şəhərində, Azərbaycan Respublikası Ali Attestasiyasında “Kompüter texnikasının köməyi ilə şagirdlərin idrak fəaliyyətinin fəallaşdırılması” mövzusunda namizədlik dissertasiyasını müdafıə edib.

2014-cü ildə Bakı şəhərində, Azərbaycan Respublikası Prezident Yanında Ali Attestasiyasında “Həndəsənin hazırlıq kursunun məzmunu,sistemi və təlimi metodikasının təkmilləşdirilməsi” mövzusunda doktorluq dissertasiyasını müdafıə edib.
Pedoqoji elmlər doktoru, professordur.

2013- ci ildən hal-hazıra kimi İdrak liseyinin təsisçisi və tədris işləri üzrə baş məsləhətci işləyir.

Qeyd edək ki, fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi insident törədib. O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib. Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb. Faktı ilə bağlı cinayət işi başlanıb.

Gallery image 1

Paylaş: