Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9053 ▼0.0040
  • 100 RUB 1.9948 ▼0.0050
  • GBP 2.2514 ▼0.0002
  • TRY 0.0345
  • CNY 0.2540 ▲0.0002
  • GEL 0.6557 ▲0.0014
  • 100 KZT 0.3751 ▼0.0023
  • UAH 0.0379 ▲0.0001
  • AED 0.4628
Dünya

İki kəndi Qırğızıstana verdilər – 2500 nəfər vətəndaşlığını dəyişəcək

İki kəndi Qırğızıstana verdilər – 2500 nəfər vətəndaşlığını dəyişəcək

Özbəkistanda dövlət sərhədinin demarkasiyasının nəticələrinə əsasən, Çon-Qara və Taş-Tobo kəndlərinin Qırğızıstana verilməsi proseduruna başlanılıb. 

Yeniera.az “Sputnik Qırğızıstan”a istinadən xəbər verir ki, əvəzində Qırğızıstandan Özbəkistana sahəcə bərabər olan sərhədyanı ərazi veriləcək.

Məlumata görə, Çon-Qara və Taş-Tobo kəndlərində təxminən 2500 nəfər etnik qırğız yaşayır. Həmin şəxslər Qırğızıstan vətəndaşlığı almalı olacaq.

Qeyd edək ki, Qırğızıstan və Özbəkistan 2023-cü ilin yanvarında dövlətlərarası sərhədin delimitasiyası prosesini başa çatdırıblar.

Paylaş: