Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • 1 qəpiklik yumurtanın içindən görün nə çıxdı — VİDEO
  • Ruslan Baxşəliyev şöbə müdir təyin edildi
  • Rəşadət Əlizadənin MEYİTİ TAPILDI
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Metroda inqilabi dəyişiklik – 1 stansiya gedən sərnişin görün nə qədər ödəyəcək

Metroda inqilabi dəyişiklik – 1 stansiya gedən sərnişin görün nə qədər ödəyəcək

Cəmiyyət Ariz Əhədov11.09.2025 - 12:16
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Bakı Metropolitenində üz tanıma texnologiyası ilə gedişhaqqı ödənişi sisteminin tətbiqi barədə danışıqlar aparılır. Lakin bu yenilik cəmiyyətdə birmənalı qarşılanmayıb. Vətəndaşlar deyirlər ki, bu cür texnoloji yeniliklərə ayrılacaq vəsait əvəzinə, qatar sayının artırılması və müəyyən sosial kateqoriyalara – tələbələrə, qazilərə, şəhid ailələrinə güzəştlərin tətbiqi daha məqsədəuyğundur.

Bəs həqiqətən də bizə üz tanıma sistemi lazımdırmı? Bakı metrosunda prioritet hansı tədbirlər olmalıdır? Bu sistemin beynəlxalq təcrübəsi nə deyir, oxşar texnologiyalar digər ölkələrdə uğurlu nəticə veribmi?

Yeniera.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, bu cür texnologiyaların tətbiqi əslində çox müsbət yanaşmadır. O bildirib ki, qatar və vaqonların alınması prosesi də plan üzrə davam edir:

“Burada ciddi bir ləngimə yoxdur. İşlər planlı şəkildə gedir və artıq müəyyən irəliləyişlər də var. Yeni vaqonlar, qatarlar alınır. Hətta gələcəkdə Azərbaycanda qatar və vaqon istehsal edən zavodun tikintisi ilə bağlı da müzakirələr aparılır. Bu həm Bakı Metropoliteninin, həm də dəmir yollarının fəaliyyətini xeyli asanlaşdıracaq. Beləliklə, texniki təmir, ehtiyat hissələrinin əldə edilməsi və yeni vaqonların alınması prosesi sürətlənəcək. Bu kontekstdə üz tanıma sistemi də gündəmdədir. Əslində bunu klassik “üz tanıma texnologiyası” kimi qəbul etməyə də ehtiyac yoxdur. Bu, sadəcə olaraq ödənişin yeni formasıdır. Xüsusi terminallar vasitəsilə həyata keçirilən həmin sistem artıq dünyanın bir çox inkişaf etmiş ölkələrində nəqliyyatda tətbiq olunur”.

Müsahibimiz yaxın zamanda Portuqaliyada belə bir sistemlə qarşılaşdığını vurğulayıb:

“Hava limanında gördüyüm texnologiya sərnişinlərin keçidini xeyli asanlaşdırırdı. Artıq biletin kağız formasında təqdim olunmasına, əməkdaşın onu əl ilə yoxlamasına ehtiyac yoxdur. Terminallar üz tanıma sistemi ilə sərnişini tanıyır, sistem məlumatları qəbul edir və keçid dərhal baş tutur. Nəticədə nə növbə olur, nə də vaxt itkisi. Həm də orada hansısa bir işçinin oturub həm söhbət, həm də iş görməsi kimi vəziyyətlər aradan qalxır. Düzünü desəm, bu tip yeniliklərdə bir az nostalji hiss də var. Çünki bəzən bu texnologiyalarla bərabər insan resursları da azalır, iş yerləri itir. Amma səmərəlilik baxımından yanaşdıqda zəruri saymaq olar”.

E.Muradlı deyib ki, bu, heç də çox bahalı bir texnologiya deyil:

“Ola bilər ki, bir qatarın qiymətinə bütün metro sisteminə uyğun üz tanıma ödəniş sistemini qurmaq mümkün olsun. Belə texnologiyaları qəbul etmək lazımdır. Çünki bu, faydalı və gələcəyə yönəlik bir addımdır. Gələcək planlar arasında məsafəyə görə ödəniş sistemi də var.

Yəni siz iki dayanacaq gedirsinizsə, yalnız o iki dayanacağa görə ödəniş edəcəksiniz. Beş dayanacaq gedən isə daha çox pul ödəyəcək. Bu, dəyişən qiymət rejimi olacaq və daha ədalətli bir modeldir. Hazırda, məsələn, biri “Sahil”dən minib “28 May”da düşür deyə 50 qəpik ödəyir. Digəri isə “İçərişəhər”dən minib, iki dəfə qatar dəyişir, “Avtovağzal” stansiyana qədər gedir, yenə eyni məbləği ödəyir. Bu, ədalətli deyil. Məsafəyə əsaslanan ödəniş modeli mövcud problemi həll edə bilər”.

Elməddin Muradlı onu da əlavə edib ki, gələcəkdə güzəştli istifadə imkanları da nəzərdə tutulur:

“Tələbələr, şəhid ailələri, qazilər, təqaüdçülər və s. üçün endirimli tariflər tətbiq olunacaq. Eyni zamanda, aylıq və ya illik abunə sistemi ilə bilet alan sərnişinlər üçün də daha sərfəli qiymətlər təklif ediləcək. Bütün bunlar ümumilikdə müsbət yanaşmalardır. Bu dəyişikliklərin effektini tezliklə görəcəyik”.

Bənzər Xəbərlər

20.06.2026 - 18:14Ariz Əhədov

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı — VİDEO

20.06.2026 - 18:12Ariz Əhədov

Ruslan Baxşəliyev şöbə müdir təyin edildi

20.06.2026 - 18:10Ariz Əhədov

Rəşadət Əlizadənin MEYİTİ TAPILDI

20.06.2026 - 18:09Ariz Əhədov

DİQQƏT! Bakıda iş saatları dəyişdirilir: Belə tətbiq ediləcək

20.06.2026 - 17:20Ariz Əhədov

Flora Kərimova xəstəxanadan evə buraxıldı

20.06.2026 - 17:19Ariz Əhədov

Pərişan Həsənova vəfat etdi - FOTO

20.06.2026 - 17:16Ariz Əhədov

DİN-də mühüm tədbir: Vilayət Eyvazov da iştirak edir

20.06.2026 - 16:39Ariz Əhədov

Türkiyədə iki zəlzələ oldu

20.06.2026 - 16:34Ariz Əhədov

Bu ölkədə ağır təyyarə QƏZASI: Tanınmış iş adamı HƏLAK OLDU

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 770

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 188

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 349

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 061
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.