Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq
  • Azərbaycanın məşhur Xalq artisti vəfat etdi – FOTO
  • Yeni Daşkənddə “Azərbaycan” parkının təməli qoyuldu – Fotolar
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Özəl»Nigar Fərhadın şirkətindən vətəndaşa qarşı dələduzluq – “3200 manatımı geri qaytarmırlar”

Nigar Fərhadın şirkətindən vətəndaşa qarşı dələduzluq - "3200 manatımı geri qaytarmırlar"

Özəl Emin Farzaliyev24.06.2026 - 16:16
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Aparıcı Nigar Fərhadın rəhbəri olduğu “AİD GROUP” xaricdə təhsil şirkəti barədə qalmaqal bitmir.

Bu barədə Yeniera.az-a şirkətdən şikayət daxil olub.

Adının hallanmasını istəməyən şəxs bildirib ki, 2024-cü ildə xaricdə təhsil xidməti üçün sözügedən şirkətə müraciət edib. O, ilk olaraq Almaniya proqramı üçün şirkətlə razılaşıb və şirkətə 1500 AZN ödəniş edilib. Bir müddət sonra şirkət bu proqramın alınmadığını bildirərək vətəndaşı ABŞ təqaüd proqramına yönləndirib və yenidən əlavə 1700 AZN ödəniş tələb ediblər. Beləliklə, şirkətə ümumilikdə 3200 AZN ödənilib.

Şikayətçi qeyd edib ki, ​şirkət nümayəndələri səfirlik prosesində heç bir problemin olmayacağına dair zəmanət versələr də, zərərçəkən səfirlikdən rədd cavabı alıb. Bundan sonra isə şirkət müqavilədə nəzərdə tutulmayan əlavə 300 AZN ödəniş tələb etməyə başlayıb.

Ziyana uğrayan şəxs iddia edib ki, ​səfirlikdən imtina aldığı ərəfədə azyaşlı qızının ağır xəstəliklərdən (Tuberoskleroz, Autizm və Epilepsiya) əziyyət çəkdiyi öyrənib: “Mən dərhal şirkətə getdim, yaranmış bu ağır və fors-major durumu, övladımın vəziyyətini onlara bildirdim və ödədiyim vəsaitin geri qaytarılmasını tələb etdim”.

Vətəndaş bildirib ki, hazırda çətin şəraitdədir və maddi vəziyyəti çox zəifdir:

“Mən hazırda kirayədə yaşayıram. Şirkətə ödədiyim 3200 AZN vəsaiti bankdan kredit vasitəsilə götürmüşəm və hər ay banka kredit faizi ödəyərək ciddi maddi itkiyə məruz qalıram. Bir tərəfdən kirayə və kredit öhdəlikləri, digər tərəfdən isə xəstə övladımın həyati vacib müalicə və dərman xərcləri ailəmi çox çətin duruma salıb. ​Şirkət rəhbərliyi və şəxsən direktor Nigar xanım mənim bu ağır durumumdan və bu vəsaitin övladımın müalicəsi üçün nə dərəcədə kritik olmasından tam xəbərdardır. Buna baxmayaraq, 2025-ci ilin dekabr ayından bəri müxtəlif bəhanələrlə (“maliyyələşmə yoxdur” və s.) məni yola verir, ödənişimi geri qaytarmırlar. Direktor Nigar xanım görüşlərdən yayınır, rəhbərliklə görüş tələblərim nəticəsiz qalır”.

Məsələ ilə bağlı “AİD GROUP” təhsil şirkətinə sorğu göndərsək də, cavab ala bilmədik.

Bənzər Xəbərlər

12.08.2026 - 14:33Gülnar Əliyeva

Yayılan görüntülərlə bağlı tanınmış mediatorun özündən və vəkilindən AÇIQLAMA

31.07.2026 - 19:02Gülnar Əliyeva

Evinə gələn yol qonşusu tərəfindən zəbt edilən qadın danışdı - Gədəbəydən ŞİKAYƏT

29.07.2026 - 12:36Gülnar Əliyeva

ABŞ Aİ-nin texnologiya şirkətlərinə tətbiq etdiyi cərimələri araşdıracaq

07.07.2026 - 13:14Ariz Əhədov

Qalmaqal bitməyən 198 saylı bağçadan daha bir şikayət - FOTO

22.06.2026 - 11:45Ariz Əhədov

Masallıda şəhid övladının faciəvi ölümü ilə bağlı anası DANIŞDI -  SENSASİON TƏFƏRRÜATLAR

11.06.2026 - 18:40Ariz Əhədov

Gəncədə taksilər "Bolt"dan narazılıq edir - Sürücülər etiraza başladı - VİDEO - YENİLƏNİB

29.05.2026 - 11:00Ariz Əhədov

Niftalı Namazlı: “Məni susdurmaq istədilər, amma bacarmadılar”

24.05.2026 - 15:45Ariz Əhədov

Gəncədə YANĞIN - FOTOLAR

17.05.2026 - 22:24Ariz Əhədov

"Greenville premium"un binaları görün nə vəziyyətdədir - Evləri su basdı... - VİDEO/FOTO

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 872

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 966

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 924

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 744
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.