Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • “Biz onda “Qarabağ”ı belə qəbul etməmişdik” – Tahir Gözəl
  • Serdar Ortaç vəsiyyətini açıqladı
  • Mədən çökdü: 11 nəfər öldü – bu ölkədə
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Pis nümunə dövləti zəiflədir…

Pis nümunə dövləti zəiflədir...

Gündəm Gülnar Əliyeva13.07.2026 - 14:50
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Bir neçə gün əvvəl Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu Taleh Heydərovun zərərçəkmiş qismində tanındığı məhkəmə prosesi ilə bağlı məlumatlar yayılıb. Məhkəmə materiallarında Taleh Heydərov iş adamı kimi göstərilir. İttihama görə, vaxtilə Kəmaləddin Heydərova məxsus olduğu bildirilən biznes holdinqində yüksək vəzifədə çalışmış İslam Səfərəliyev və digər təqsirləndirilən şəxslər “AzeriSteel Company” ASC-nin səhmlərinin alınması üçün köçürülmüş 16 milyon manatı mənimsəməkdə ittiham olunurlar.

Bu məhkəmə prosesi bir daha yüksək vəzifəli məmurların ailə üzvlərinin böyük biznes strukturlarına sahib olması məsələsini gündəmə gətirib. T.Heydərovun böyük sərvətə sahib olması atası Kəmaləddin Heydərovun uzun illər tutduğu dövlət vəzifəsi fonunda istər-istəməz suallar doğurur.

Büdcə vəsaiti hesabına maliyyələşən dövlət qurumuna rəhbərlik edən yüksək vəzifəli şəxsin övladının hansı resurslar və imkanlar hesabına iri biznes strukturları yaratması və nəhəng iş adamına çevrilməsi ictimai maraq doğuran məsələdir.

Təcrübə göstərir ki, əvvəlcə yüksək vəzifəli məmurların özləri böyük iqtisadi güc əldə edir, sonradan isə bu iqtisadi imkanlar ailə üzvlərinə ötürülür. Nəticədə formalaşan iqtisadi təsir onların siyasi və inzibati mövqelərini daha da möhkəmləndirən amillərdən birinə çevrilir.

Bu cür hallar dövlət idarəçiliyi üçün ciddi təhlükə yaradır. Yüksək dövlət postunun biznes imperiyasının formalaşdırılması vasitəsinə çevrilməsi cəmiyyətdə ədalət prinsipinə inamı sarsıdır, sağlam rəqabət mühitini pozur və dövlət institutlarına etimadı zəiflədir.

Bu hallar gənc nəsil üçün də son dərəcə yanlış nümunə yaradıb. Artıq belə bir təsəvvür formalaşıb ki, karyera qurmağın əsas yolu bilik, zəhmət və bacarıqdan deyil, hakimiyyətə yaxınlıq və inzibati resurslardan keçir.

Ən maraqlı məqamlardan biri isə odur ki, əvvəllər yüksək vəzifəli məmurlar övladlarının biznes fəaliyyəti ilə bağlı məlumatların mətbuatda yayılmaması üçün müxtəlif vasitələrə əl atır, bu məlumatların ictimailəşməsinin qarşısını almağa çalışırdılar. İndi isə belə bir həssaslıq demək olar ki, müşahidə olunmur. Əksinə, məmur ailələrinin nəhəng biznes layihələrində iştirak etməsi artıq gizlədilməyən və açıq şəkildə nümayiş etdirilən bir reallığa çevrilib.

Müəllif: Samir Feyruzov

Bənzər Xəbərlər

21.09.2026 - 20:30Gülnar Əliyeva

Prezident sərəncam imzaladı

21.09.2026 - 12:30Gülnar Əliyeva

“Mən iki aydır Emin Əmrullayevi tapa bilmirəm” - Deputat

21.09.2026 - 11:28Gülnar Əliyeva

Zakir Həsənovla Kərim Vəliyev hərbi polisin fəaliyyəti ilə tanış oldu - Fotolar

21.09.2026 - 09:40Gülnar Əliyeva

Bu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır

20.09.2026 - 23:04Gülnar Əliyeva

Müdafiə Nazirliyi məlumat yaydı - FOTO

20.09.2026 - 10:40Gülnar Əliyeva

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşdü

20.09.2026 - 09:00Gülnar Əliyeva

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video

20.09.2026 - 00:45Gülnar Əliyeva

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

20.09.2026 - 00:10Gülnar Əliyeva

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 072

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 105

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:266. 026

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 820
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.