Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.6994
  • EUR 1.8957
  • 100 RUB 2.1100
  • GBP 2.2649
  • 100 TRY 3.4129
  • CNY 0.2544
  • GEL 0.6548
  • 100 KZT 0.3735
  • 100 UAH 3.7270
  • AED 0.4627
Gündəm

Ramiz Mehdiyevin köməkçisinə bu cəza verildi

Ramiz Mehdiyevin köməkçisinə bu cəza verildi

Dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər kimi xüsusilə ağır cinayətlərdə təqsirli bilinən Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin köməkçisi olmuş Eldar Əmirova da hökm oxunub.

YENİERA.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Əmirov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Dövlət çevrilişinə cəhddə iştirak etməkdə təqsirli bilinən Əmirov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, Eldar Əmirov Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə DTX tərəfindən istintaqa cəlb edilib. Dünən axşam da R.Mehdiyevin dövlətçilik əleyhinə və korrupsiya cinayətlərində təqsirli bilinib cəzalandırılması barədə özəl xəbər vermişdik.

Paylaş: