Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9053 ▼0.0040
  • 100 RUB 1.9948 ▼0.0050
  • GBP 2.2514 ▼0.0002
  • TRY 0.0345
  • CNY 0.2540 ▲0.0002
  • GEL 0.6557 ▲0.0014
  • 100 KZT 0.3751 ▼0.0023
  • UAH 0.0379 ▲0.0001
  • AED 0.4628
Cəmiyyət

Sabah 17 ° isti olacaq

Sabah 17 ° isti olacaq

Martın 6-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən YENİERA.az-a verilən məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 45-50% təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-17 ° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Paylaş: