Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Nevroloq Jalə Qarayeva – Türkiyədə ixtisaslaşıb, epilepsiya üzrə də fəaliyyət göstərib
  • AQC “Qiymətləndirmə” jurnalının ilk sayını təqdim edib – FOTO
  • Xətai sakinləri ETİRAZ ETDİ: PROBLEM HƏLLİNİ TAPMIR
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»TƏBİB-dən Fərhad Mehdiyevin ittihamlarına CAVAB

TƏBİB-dən Fərhad Mehdiyevin ittihamlarına CAVAB

Gündəm Emin Farzaliyev24.06.2026 - 16:42
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Həkimlər tərəfindən Zəhra Mehdiyevanın həyatının xilas olunması, həyati vacib funksiyalarının qorunması və vəziyyətinin stabilləşdirilməsi istiqamətində bütün zəruri tibbi tədbirlər həyata keçirilib”.

Yeniera.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) hüquqşünas Fərhad Mehdiyevin qızı Zəhranın ölümü ilə bağlı Abşeron Rayon Mərkəzi Xəstəxanasını (RMX) və həkim heyətini qeyri-peşəkarlıqda ittiham etməsinə cavab olaraq modern.az-a bildirib.

Qurumdan bildirilib ki, yaralı xəstəxanaya daxil olduqdan dərhal sonra təxirəsalınmaz reanimasiya və intensiv terapiya tədbirlərinə başlanılıb:

“Xəstə tibb müəssisəsinə son dərəcə ağır vəziyyətdə çatdırılıb. Daxil olduqdan dərhal sonra reanimasiya və intensiv terapiya tədbirlərinə başlanılıb, hava yolunun keçiriciliyinin təmin edilməsi məqsədilə intubasiya icra olunub, mərkəzi venoz kateter yerləşdirilib, hemodinamik göstəricilərin stabilləşdirilməsi üçün infuzion terapiya və vazopressor dəstəyi göstərilib. Eyni zamanda açıq sınıq sahəsinə ilkin tibbi yardım göstərilib, yara işlənilib və ətrafın immobilizasiyası məqsədilə gips qoyulub.

İlkin qiymətləndirmə zamanı baş-beyinin alın payının əzilməsi, döş qəfəsinin əzilməsi, bud-çanaq oynağı nahiyəsinin sınığı və massiv qanaxma ilə müşayiət olunan çoxsaylı ağır travmalar müəyyən edilib. Həkimlər tərəfindən xəstənin həyatının xilas olunması, həyati vacib funksiyalarının qorunması və vəziyyətinin stabilləşdirilməsi istiqamətində bütün zəruri tibbi tədbirlər həyata keçirilib.

Bununla belə, alınmış çoxsaylı ağır travmalar və onların yaratdığı ağır fəsadlar fonunda ürək fəaliyyəti dayanıb və bioloji ölüm baş verib”.

Xatırladaq ki, vəkil, professor Fərhad Mehdiyev sosial şəbəkə hesabında qəza nəticəsində vəfat edən 17 yaşlı qızı Zəhranın ölümü ilə bağlı Abşeron Rayon Mərkəzi Xəstəxanasını (RMX) və Təcili Təxirəsalınmaz Tibbi Yardımı (TTY) ciddi fəaliyyətsizlikdə və qeyri-peşəkarlıqda ittiham edib. O, xəstəxana heyətinin qızının həyatını xilas etmək üçün kifayət qədər səy göstərmədiyini bildirib.

Bənzər Xəbərlər

11.09.2026 - 13:47Gülnar Əliyeva

"Şəki yaylası"nda problem dəfələrlə olurmuş... - Görüntülər yayıldı - VİDEO

10.09.2026 - 16:38Gülnar Əliyeva

Naxçıvan Həmkarlar İttifaqı sədrinin milyonluq imperiyası – SİYAHI

10.09.2026 - 16:25Gülnar Əliyeva

"Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir" - Şeyxin qardaşı

10.09.2026 - 10:00Gülnar Əliyeva

“Şəki yaylası”nda baş verən hadisə ilə bağlı cinayət işi açıldı

09.09.2026 - 13:07Gülnar Əliyeva

IV İqlim Həftəsinin rəsmi açılış mərasimi keçirilir - Foto

08.09.2026 - 20:25Gülnar Əliyeva

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Türkiyədən açıqlama

07.09.2026 - 10:25Gülnar Əliyeva

Prezidentin bu sərəncamı icra olunur: Bəzi ödənişlər artırıldı

06.09.2026 - 22:52Gülnar Əliyeva

Kəmaləddin Heydərova yeni təyin olunan müşavir kimdir?

06.09.2026 - 15:19Gülnar Əliyeva

Universitetlər bu rayonlara köçürülə bilər – SİYAHI

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:288. 005

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:157. 061

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 987

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 795
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.