Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Rövşən Nəcəf bu xanımı özünə müşavir təyin etdi – FOTO
  • Nigar Fərhad sərbəst buraxıldı
  • Yeni kəşflər Türkiyənin qədim Het Paytaxtı Hattuşanın tarixinə işıq salır – FOTOLAR
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Hadisə»TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA

TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA

Hadisə Ariz Əhədov18.06.2026 - 19:55
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Tanınmış vəkil Fərhad Mehdiyevin qızı Zəhra Mehdizadə iyunun 16-da Bakı-Sumqayıt yolunda baş verən ağır qəzada faciəli şəkildə ölüb.

F.Mehdiyev deyib ki, övladı ağır xəsarət alsa da, qəzadan sonra sağ qalıb və onu Abşeron Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Lakin tibb müəssisəsində Kompüter Tomoqrafiya cihazı işləməyib. Ona görə də qızına lazımı tibbi yardım göstərilməyib.

Yeniera.az xəbər verir ki, Ölkə.az-ın məsələ ilə bağlı TƏBİB-ə sorğusuna cavan olaraq 2008-ci il təvəllüdlü şəxsin (qadın) iyunun 16-da saat 17:00 radələrində Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə gətirildiyi bildirilib.

“Xəstəyə qəbul olunduğu andan etibarən vəziyyətinin ağırlığı nəzərə alınaraq təxirəsalınmaz tibbi yardımlar göstərilib.

Qarın, bel və çanaq nahiyəsinin dəqiqləşdirilməmiş travması, digər kəllədaxili travmalar, boyun nahiyəsinin dəqiqləşdirilməmiş travması, dəqiqləşdirilməmiş pnevmotoraks, ön qol sümüklərinin digər hissələrinin sınığı, bud sümüyünün digər hissələrinin sınığı, bud nahiyəsinin açıq yarası diaqnozları təyin edilən pasiyentə zəruri müayinə və müalicə tədbirləri həyata keçirilib.

Həkimlər tərəfindən aparılan intensiv müalicə və reanimasiya tədbirlərinə baxmayaraq, xəstənin həyati funksiyalarını bərpa etmək mümkün olmayıb və 16.06.2026-cı il tarixində saat 20:20 radələrində bioloji ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, xəstənin xəstəxanaya daxil olduğu andakı vəziyyəti son dərəcə ağır, həyati göstəriciləri qeyri-sabit olub. Bu səbəbdən xəstənin KT (kompüter tomoqrafiyası) müayinəsinə aparılması tibbi baxımdan mümkün olmayıb.

Əlavə olaraq bildiririk ki, radioloji tibbi xidmətlərin daha da təkmilləşdirilməsi məqsədilə TƏBİB tərəfindən müasir tibbi texnologiyaların tətbiqi ilə bağlı zəruri tədbirlər həyata keçirilir.

Əsas prioritet bütün tibb müəssisələrinin radioloji avadanlıqlarla təchiz edilməsi deyil, pasiyentlərin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi istiqamətində vahid radioloji tibbi xidmətlərin göstərilməsi üçün şəraitin yaradılmasıdır”, – TƏBİB-dən bildirilib.

Bənzər Xəbərlər

28.08.2026 - 14:43Gülnar Əliyeva

Rövşən Nəcəf bu xanımı özünə müşavir təyin etdi - FOTO

28.08.2026 - 14:30Gülnar Əliyeva

Nigar Fərhad sərbəst buraxıldı

28.08.2026 - 14:15Gülnar Əliyeva

Yeni kəşflər Türkiyənin qədim Het Paytaxtı Hattuşanın tarixinə işıq salır - FOTOLAR

28.08.2026 - 14:03Gülnar Əliyeva

Norveç Kralı vəfat etdi

28.08.2026 - 13:50Gülnar Əliyeva

Dron hücumundan sonra Bakıya gələn dənizçinin meyiti tapıldı

28.08.2026 - 13:38Gülnar Əliyeva

Baş Prokurorluq məlumat yaydı

28.08.2026 - 13:25Gülnar Əliyeva

“Bakcell”in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

28.08.2026 - 13:12Gülnar Əliyeva

Sabah da güclü külək əsəcək

28.08.2026 - 13:00Gülnar Əliyeva

Fərid Qəhrəmanovun şirkəti bağlandı  — Külli miqdarda dövlətə borclu qaldı 

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 910

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 991

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 946

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 761
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.