“44” bədii filmində Elxan Rəsulov obrazını canlandıran müğənni Nadir Rüstəmli qoluna “44” döyməsi etdirib.
YENİERA.az xəbər verir ki, ifaçı bu barədə “Cinema Radio”ya müsahibəndə danışıb.
“Mən hərb mövzusunu, hərbi həyatı çox sevirəm, ona görə də “44” filmindən sonra qoluma “44” döyməsi etdirdim. Çox sevinirəm ki, Elxan obrazı sevildi, bu, mənim aktyor kimi ilk rolum idi. İlk filmdən obrazın sevilməyi çox önəmlidir. Mən əslində çəkiliş boyunca özüm-özümü canlandırmışam. Bu daha çətin, amma daha effektiv olur”, – o qeyd edib.

