Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9093
  • 100 RUB 1.9998
  • GBP 2.2516
  • TRY 0.0345
  • CNY 0.2538
  • GEL 0.6543
  • 100 KZT 0.3774
  • UAH 0.0378
  • AED 0.4628
Dünya

Kiyevdə 500 min insan elektriksiz qalıb

Kiyevdə 500 min insan elektriksiz qalıb

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın enerji infrastrukturuna hücumları Kiyevdə 500 mindən çox istehlakçını işıqsız qoyub.

Yeniera.az-ın məlumatına görə, bunu Ukraynanın energetika naziri Nikolay Kolesnik bildirib.

“Səhər saatlarına olan vəziyyətə görə, Kiyev və adıçəkilən vilayətdə 500 mindən çox istehlakçı elektriksiz qalıb”, – o qeyd edib.

Öz növbəsində, Kiyevin meri Vitali Kliçko bildirib ki, Ukrayna paytaxtında evlərin yarısı istilik təchizatından məhrum olub.

“Evlərin yarısı (təxminən 6 000) paytaxtın kritik infrastrukturuna kütləvi hücum nəticəsində hazırda istilik təchizatından məhrum olub. Eyni zamanda, şəhərdə su təchizatında fasilələr müşahidə olunur”, – mer qeyd edib.

Onun sözlərinə görə, hazırda evlərdə elektrik və istilik təchizatının bərpası üzərində çalışırlar.

Paylaş: