Türkiyə ABŞ və İran arasında danışıqları bərpa etmək təklifini hələ də gündəmdə saxlayır. Türkiyə Prezident Administrasiyası RİA Novosti agentliyinə bildirib ki, bu təşəbbüs qüvvədə qalır.
Yeniera.az xəbər verir ki, Ankara Yaxın Şərq ölkələri ilə birlikdə gərginliyin azaldılması və tərəflərin dialoqa qaytarılması üzərində işləməyə davam edəcək.
Daha əvvəl açıqlanmışdı ki, İran diplomatik həll yoluna önəm vermir və hərbi əməliyyatları davam etdirməyə hazırdır.
ABŞ prezidenti Donald Tramp isə münaqişənin yaxın gələcəkdə başa çata biləcəyini qeyd edib.
YENİERA.AZ

