Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9093
  • 100 RUB 1.9998
  • GBP 2.2516
  • TRY 0.0345
  • CNY 0.2538
  • GEL 0.6543
  • 100 KZT 0.3774
  • UAH 0.0378
  • AED 0.4628
Cəmiyyət

Mayın ilk günü hava necə olacaq?

Mayın ilk günü hava necə olacaq?

Mayın 1-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yeniera.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-12° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.

Paylaş: