Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9019 ▲0.0074
  • 100 RUB 2.0923 ▼0.0195
  • GBP 2.2760 ▲0.0115
  • TRY 0.0340 ▼0.0001
  • CNY 0.2553 ▲0.0001
  • GEL 0.6551 ▼0.0003
  • 100 KZT 0.3753 ▲0.0020
  • UAH 0.0375 ▲0.0002
  • AED 0.4628
Cəmiyyət

Anar Bayramov TƏBİB-in mətbuat katibini nazirliyə apardı – YENİ KADR DƏYİŞİKLİYİ

Anar Bayramov TƏBİB-in mətbuat katibini nazirliyə apardı – YENİ KADR DƏYİŞİKLİYİ

Səhiyyə Nazirliyinin mətbuat xidmətində yeni kadr dəyişikliyi olub.

YENİERA.az bildirir ki, “Bakupost”un əldə etdiyi məlumata görə, TƏBİB-in mətbuat katibi Fərid İsrafilzadə Səhiyyə Nazirliyinə gətirilib.

Məlumata əsasən, F.İsrafilzadəyə nazirliyin mətbuat xidmətinin fəaliyyətini öyrənmək tapşırılıb.

Qeyd edək ki, Fərid İsrafilzadə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin əməkdaşı olub. Anar Bayramov TƏBİB-ə rəhbər təyin edildikdən sonra həmin departamentə Zara İbrahimzadə rəhbər gətirilib. Fərid İsrafilzadə isə onun tabeliyində mətbuat katibi təyin edilib

Görünür, Anar Bayramov səhiyyə naziri təyin olunduqdan sonra TƏBİB-də birgə çalışdığı bəzi kadrları Səhiyyə Nazirliyinə gətirmək qərarına gəlib.

Xatırladaq ki, oktyabrın 28-də Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirovun vəzifəsindən azad edildiyi barədə məlumat yayılıb. O, 2018-ci ildən bu vəzifədə çalışırdı.

Paylaş: