Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şabran rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.
YENİERA.az-ın məlumatına görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik-leytenant Zaur Cəbrayılov tutduğu vəzifədən kənarlaşdırılıb.
Onun yerinə Novruz Quliyev təyin olunub.
Qeyd edək ki, Zaur Cəbrayılov 2021-ci ildən Şabran rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsində çalışırdı.\\qaynarinfo.az

