Azərbaycan tibb elminin və biokimya sahəsinin inkişafında böyük xidmətləri olmuş görkəmli alim, biologiya elmləri doktoru, professor, Əməkdar müəllim Arif Mustafa oğlu Əfəndiyev vəfat edib.
YENİERA.az xəbər verir ki, professor Arif Əfəndiyev 1987–2019-cu illər ərzində Azərbaycan Tibb Universitetinin Bioloji kimya kafedrasına rəhbərlik etmiş, zəngin elmi-pedaqoji fəaliyyəti, fundamental dərslikləri və yetişdirdiyi çoxsaylı mütəxəssislərlə Azərbaycan biokimya elminin inkişafına mühüm töhfələr vermişdir.

