Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9093
  • 100 RUB 1.9998
  • GBP 2.2516
  • TRY 0.0345
  • CNY 0.2538
  • GEL 0.6543
  • 100 KZT 0.3774
  • UAH 0.0378
  • AED 0.4628
Dünya

ABŞ-də təyyarə okeana düşdü

ABŞ-də təyyarə okeana düşdü

ABŞ-nin Florida ştatında göyərtəsində 11 nəfər olan təyyarə qəzaya uğrayıb.

Yeniera.az xəbər verir ki, bu barədə “New York Post” (NYP) qəzeti məlumat yayıb.

Bildirilir ki, uçuşdan sonra pilot nasazlıqlar barədə xəbər verib. Təyyarə sahildən təxminən 80 kilometr məsafədə okeana düşüb. Axtarış üçün ABŞ-nin Sahil Mühafizəsi Xidmətinin təyyarəsi və gəmiləri göndərilib. Təyyarədə olan 11 nəfər xilas edilib və ştatın xəstəxanalarına çatdırılıb.

Qəzanın səbəbləri araşdırılır. Ölkənin Milli Meteorologiya Xidmətinin məlumatına görə, həmin gün Florida ştatının Melburn şəhərində hava şəraiti uçuş üçün əlverişsiz olub. Belə ki, həmin vaxt küləyin sürətinin 7,6 m/san çatdığı bildirilir.

Paylaş: