ABŞ-ın Bağdaddakı səfirliyi raket və pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb.
Yeniera.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Bildirilir ki, İraqdakı ABŞ səfirliyinə və diplomatik korpusa qarşı raket və dron hücumları yenidən başlayıb.
Hadisə nəticəsində hələlik tələfat və ya ciddi dağıntı barədə rəsmi məlumat verilməyib.
Daha əvvəl Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizen İranın gecə boyu Bağdaddakı ABŞ səfirliyinə hücum etdiyini iddia etmişdi.
YENİERA.AZ

