Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9019
  • 100 RUB 2.0923
  • GBP 2.2760
  • TRY 0.0340
  • CNY 0.2553
  • GEL 0.6551
  • 100 KZT 0.3753
  • UAH 0.0375
  • AED 0.4628
Hadisə

Bakıda 18 yaşlı şagird hoteldə ÖLÜBMÜŞ

Bakıda 18 yaşlı şagird hoteldə ÖLÜBMÜŞ

Xəbər verdiyimiz kimi, Bakıda vəfat edən 18 yaşlı oğlan Beyləqan rayonunda dəfn olunub.

Yeniera.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, orta məktəbin 11-ci sinif şagirdi olan 2008-ci il təvəllüdlü Elvin Zabit oğlu Aslanlının Bakıdakı hotellərin birində öldüyü məlum olub.

Belə ki, iyunun 10-u saat 18 radələrində “Novxanı Spring” hotelində olarkən onun halı qəfil pisləşib və dünyasını dəyişib.

Məktəblinin hoteldəki ölümü ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, E.Aslanlı iyunun 13-ü orta məktəbdən məzun olacaqdı.

Paylaş: