Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Hava kəskin dəyişəcək – bu tarixdə…
  • Pay torpaqları əhalidən alınmayacaq – “Narahatlıqların heç bir əsası yoxdur”
  • Rus generaldan Bakıya SENSASİON xəbərdarlıq – Nə baş verir?
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Cəmiyyət»Bu ilin ikinci Ay tutulması sentyabrın 7-də olacaq

Bu ilin ikinci Ay tutulması sentyabrın 7-də olacaq

Cəmiyyət Ariz Əhədov02.09.2025 - 10:05
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

Sentyabrın 7-də 2025-ci ilin ikinci Ay tutulması baş verəcək..

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Yeniera.az-a verilən məlumata görə, bu, bəzən “Qanlı Ay” da adlandırılan tam Ay tutulmasıdır.

Tam Ay tutulması – Günəş, Yer və Ay eyni xətt üzərində düzüləndə, Yerin kölgəsi Ayın üzərinə düşdükdə və ya Ay tamamilə Yerin kölgəsinə girdikdə baş verir. Bu zaman Ay tamamilə yox olmur, əksinə, qırmızımtıl rəngə boyanır. Buna səbəb Günəş işığının Yer atmosferində sınma və səpilmə səbəbindən qırmızı və narıncı şüaların Ay səthinə çatmasıdır. Qanlı rəng Ay üfüqdə olarkən daha “dramatik” görünə bilər. Çünki həm Yer atmosferindən keçən Günəş işığı Ayı qırmızıya boyayır, həm də üfüqdə olan Ay artıq qırmızımtıl olur.

Əslində Yerin kölgəsi iki hissədən ibarətdir: yarımkölgə və kölgə. Ay yarımkölgəyə daxil olanda yarımkölgəli Ay tutulması başlayır, bunu adi gözlə hiss etmək çox çətindir. Ay Yerin kölgəsinə daxil olduqda isə adi gözlə görünən tutulma başlayır.

Yarımkölgəli Ay tutulması sentyabrın 7-si saat 19:28:21-də, qismən tutulma saat 20:27:02-də, tam tutulma saat 21:30:41-də başlayacaq. Tutulmanın maksimumu saat 22:11:47-də baş verəcək. Tam tutulma saat 22:52:47-də, qismən tutulma saat 23:56:26-da, yarımkölgəli Ay tutulması saat 00:55:00-da sona çatacaq. Tam tutulma 82 dəqiqə davam edəcək.

2025 -ci ilin ikinci tam Ay tutulması Avropa, Afrika, Asiya və Avstraliyada görünəcək. Azərbaycan ərazisində axşam saatlarından başlayaraq gecə yarısına kimi tam Ay tutulmasını müşahidə etmək mümkün olacaq. Ölkə vətəndaşları sentyabrın 7-də Qanlı Ay tutulmasını canlı izləmək imkanı əldə edəcəklər. Bu, həm astronomiya həvəskarları, həm də adi müşahidəçilər üçün unudulmaz bir gecə olacaq.

Bənzər Xəbərlər

12.06.2026 - 23:20Ariz Əhədov

Hava kəskin dəyişəcək - bu tarixdə...

12.06.2026 - 23:10Ariz Əhədov

Pay torpaqları əhalidən alınmayacaq - "Narahatlıqların heç bir əsası yoxdur"

12.06.2026 - 22:55Ariz Əhədov

Rus generaldan Bakıya SENSASİON xəbərdarlıq - Nə baş verir?

12.06.2026 - 18:35Ariz Əhədov

Netanyahu İlham Əliyevi təbrik etdi

12.06.2026 - 18:31Ariz Əhədov

Prezident fərman imzaladı

12.06.2026 - 18:07Ariz Əhədov

“Facebook” və “Instagram” çökdü

12.06.2026 - 17:13Ariz Əhədov

Bu şəxslər üçün quru sərhədi açıla bilər 

12.06.2026 - 16:50Ariz Əhədov

Əhaliyə MÜHÜM XƏBƏR: Bu mənzillərlə bağlı güzəştlər edilə bilər

12.06.2026 - 16:46Ariz Əhədov

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:286. 753

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 342

Prezident Sərəncam imzaladı

22.10.2025 - 13:075. 057

Prezident mühüm SƏRƏNCAM İMZALADI

29.10.2025 - 17:214. 290
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.