Rusiyalı aktrisa, Comedy Woman yumoristik şousunun keçmiş iştirakçısı Natalya Medvedeva istirahət zamanı aldığı xəsarət səbəbindən əlil arabasına düşüb.
YENİERA.AZ xəbər verir ki, bu barədə aktrisa sosial şəbəkə hesabında məlumat verib.
Medvedeva əlil arabasında çəkilmiş iki fotosunu izləyiciləri ilə bölüşüb. O, evə qayıtmaq üçün uçuşuna cəmi bir gün qalmış gözlənilməz hadisə nəticəsində xəsarət aldığını bildirib.
“Evə uçuşdan bir gün əvvəl heç gözləmədiyim yerdə xəsarət aldım. Çox mənasız, üzücü və olduqca ağrılı hadisə idi”, – deyə aktrisa yazıb.
Natalya Medvedeva xəsarətin hansı şəraitdə baş verdiyini və dəqiq olaraq bədəninin hansı nahiyəsindən zədə aldığını açıqlamayıb.
YENİERA.AZ

