Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9053 ▼0.0040
  • 100 RUB 1.9948 ▼0.0050
  • GBP 2.2514 ▼0.0002
  • TRY 0.0345
  • CNY 0.2540 ▲0.0002
  • GEL 0.6557 ▲0.0014
  • 100 KZT 0.3751 ▼0.0023
  • UAH 0.0379 ▲0.0001
  • AED 0.4628
Cəmiyyət

Ölkənin ən gənc xanım rektoru – FOTO

Ölkənin ən gənc xanım rektoru – FOTO

Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva həmkarları arasında bu postu tutan ən gənc kadr sayılır. 39 yaşını yenicə tamamlamış xanım rektor ixtisasca ingilis dili müəllimidir.

Metbuat.az-ın məlumatına görə, Səadət Əliyeva karyerasına 2008-ci ildə Azərbaycan Universitetində başlayıb. Onun bütün uğurları bu ali təhsil müəssisəsi ilə bağlıdır. Xanım Əliyeva 2008-ci ildə laborant kimi əmək fəaliyyətinə başladığı universitetə 9 ildir rəhbərlik edir. Onunla bağlı təyinat 13 mart 2017-ci ildə reallaşıb.

Qeyd edək ki, Səadət Əliyeva 13 sentyabr 1986-cı ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Dillər Universitetini fərqlənmə diplomu ilə bitirib. 2017-ci ildə dissertasiya işini müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi adına layiq görülüb.

Səadət Əliyevanın əsas tədqiqat sahəsi Britaniya uşaq ədəbiyyatıdır. O “İpək yolu” və “Çağlayan” jurnalının baş redaktoru və Midlsekd Universiteti tərəfindən çap olunan “Children’s Literature in Education Journal”ının redaksiya heyətinin üzvüdür.

Ailəlidir. Dörd övladı var.

Fotoda: Səadət Əliyeva

Paylaş: