Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9093
  • 100 RUB 1.9998
  • GBP 2.2516
  • TRY 0.0345
  • CNY 0.2538
  • GEL 0.6543
  • 100 KZT 0.3774
  • UAH 0.0378
  • AED 0.4628
İdman

“Qarabağ”dan möhtəşəm qələbə! – “Ayntraxt” məğlub edildi

“Qarabağ”dan möhtəşəm qələbə! – “Ayntraxt” məğlub edildi

Bu gün “Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsində 7-ci tur oyununa çıxıb.

QOL.az xəbər verir ki, Ağdam təmsilçisi evdə Frankfurt “Ayntraxt”ını qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Bunadək “Qarabağ” “Benfika” (3:2) və “Kopenhagen”i (2:0) məğlub edib, “Çelsi” ilə bərabərə (2:2) qalıb, “Atletik”ə (1:3), “Napoli”yə (0:2) və “Ayaks”a (2:4) uduzub.

“Ayntraxt” isə “Qalatasaray”a (5:1) qalib gəlib, “Napoli” ilə heç-heçə (0:0) edib, “Atletiko”ya (1:5), “Liverpul”a (1:5), “Atalanta”ya (0:3) və “Barselona”ya (1:2) məğlub olub.

Hazırda Liqa mərhələsinin turnir cədvəlində Qurban Qurbanovun komandası 10 xalla 17-cidir.

Qeyd edək ki, “Qarabağ” son – 8-ci turda səfərdə “Liverpul”la qarşılaşacaq (29 yanvar).

Çempionlar Liqası, Liqa mərhələsi, 7-ci tur

21:45.”Qarabağ” (Azərbaycan) – “Ayntraxt” (Almaniya) – 3:2

Qol: Kamilo Duran, 4 (1:0), Can Uzun, 11 (1:1), Şaybi, 78-pen. (1:2), Kamilo Duran, 80 (2:2), Bəhlul Mustafazadə, 90+4 (3:2)

Hakimlər: Sandro Şerer, Stefan De Almeyda, Yonas Erni, Yohannes fon Mandak (İsveçrə)

VAR: Fedayi San (İsveçrə)

AVAR: Lukas Fendrix (İsveçrə)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

Paylaş: