Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • Dünən işdən çıxarıldı, yeni vəzifəyə getdi
  • Ukraynada məmurların evində axtarış aparılır
  • “Qırmızı körpü”də TIR sıxlığı – Sürücülər günlərdir gözləyir – Video
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Dünya»Süni intellekt nəzarətdən çıxır – “OpenAI” əyləcə basdı

Süni intellekt nəzarətdən çıxır - “OpenAI” əyləcə basdı

Dünya Gülnar Əliyeva19.08.2026 - 10:50
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

“Anthropic” ilə süni intellekt yarışını davam etdirən “OpenAI” təhlükəsizlik narahatlıqları fonunda bəzi tədqiqat və model təlim proseslərini dayandıraraq sistemlərini yeniləməyə hazırlaşır.

Yeniera.az xəbər verir ki, şirkətin bu qərarına sınaq mərhələsində olan süni intellekt agentinin ötən ay “Hugging Face” platformasına kiberhücum həyata keçirməsi səbəb olub.

Hadisə “OpenAI” tədqiqatçılarını narahat edib və şirkət təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsinə qərar verib.

“OpenAI” yeni tədbirlər çərçivəsində model sınaqlarını iki həftəlik dayandırdığını açıqlayıb. Şirkət həmçinin sınaq mərhələsində olan süni intellekt agentlərinin fəaliyyətinə nəzarət etmək üçün digər süni intellekt sistemlərinə daha çox investisiya qoyacağını bildirib.

Bununla yanaşı, planlaşdırılan ən böyük model təlimlərindən bəzilərinin də təxirə salındığı qeyd olunub.

Şirkətin təhlükəsizlik qrupunun rəhbəri Mia Qleez vəziyyətin tezliklə əvvəlki rejimə qayıtmayacağını vurğulayıb: “İşlərin normal vəziyyətə qayıtmasından çox uzağıq”.

“OpenAI”nin baş direktoru Sem Altman şirkətin süni intellekt modellərinin insan nəzarətinə tabe olmasını və verilən təlimatlara uyğun davranmasını təmin etmək üçün daha ciddi tədbirlər gördüyünü bildirib.

Altmanın sözlərinə görə, bundan sonra modellərin bütün təlim prosesi boyunca təhlükəsiz və uyğun davrandığını daha güclü şəkildə sübut etmək tələb olunacaq.

O, getdikcə mürəkkəbləşən süni intellekt sistemlərinə nəzarətin yalnız “OpenAI”nin deyil, bütün sənayenin qarşısında duran əsas problemlərdən biri olduğunu qeyd edib.

Şirkətin açıqlamasına görə, yaxın zamanda istifadəyə verilməsi gözlənilən “Astra” modelinin inkişafı zamanı “kritik kibertəhlükəsizlik həddi”nə yaxınlaşılmış ola bilər.

“OpenAI” “Astra”nın xüsusilə avtonom kodlaşdırma və kibertəhlükəsizlik imkanlarında ciddi irəliləyiş göstərdiyini bildirir. Məhz buna görə model üzərində ən sərt təhlükəsizlik tədbirlərinin tətbiq edildiyi vurğulanır.

Yeni təhlükəsizlik standartları tam təmin olunana qədər “Astra” və digər layihələrlə bağlı bir sıra proseslərin dayandırılacağı gözlənilir.

Bənzər Xəbərlər

19.08.2026 - 12:38Gülnar Əliyeva

Dünən işdən çıxarıldı, yeni vəzifəyə getdi

19.08.2026 - 12:26Gülnar Əliyeva

Ukraynada məmurların evində axtarış aparılır

19.08.2026 - 11:42Gülnar Əliyeva

Qurban Qurbanovdan yeni transfer elanı - Video

19.08.2026 - 11:30Gülnar Əliyeva

Nazirlikdən 20 mindən çox pensiyaçı ilə bağlı vacib xəbər

19.08.2026 - 11:18Gülnar Əliyeva

Vətəndaşlar "Gənclik Mall"dan təxliyə edilir - SƏBƏB

19.08.2026 - 11:05Gülnar Əliyeva

“By Ella” ləqəbli bloqer həbs edildi

19.08.2026 - 10:38Gülnar Əliyeva

Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq?

19.08.2026 - 10:25Gülnar Əliyeva

Bu xəstəxananın baş həkimi işdən çıxarıldı

19.08.2026 - 10:13Gülnar Əliyeva

150 ilin ən güclü istisi qapıdadır - Ərzaq da bahalaşacaq

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 818

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 935

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 893

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 728
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.