Close Menu
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Facebook X (Twitter) Instagram
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
  • Əlaqə
SON DƏQİQƏ:
  • İstanbulda ağır qəza – 30 yaralı
  • DİN əməliyyat keçirib:43 nəfər saxlanılıb
  • Sabah rekord İSTİ OLACAQ
Facebook X (Twitter) Instagram Pinterest Vimeo
Yeniera.azYeniera.az
  • Gündəm
  • Dünya
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Özəl
    • Media
    • İdman
    • Formula-1
Yeniera.azYeniera.az
Ana Səhifə»Gündəm»Ruslan Eyyubov ev dustaqlığına buraxılmadı – Məhkəmə qərarı

Ruslan Eyyubov ev dustaqlığına buraxılmadı – Məhkəmə qərarı

Gündəm Emin Farzaliyev29.01.2026 - 15:20
Paylaş
Facebook Twitter Email Telegram WhatsApp Threads Copy Link

5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı həbs edilən tanınmış iş adamı Ruslan Eyyubov ev dustaqlığına buraxılmasını istəyir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə onun vəkili tərəfindən məhkəməyə vəsatət təqdim olunub.

Müdafiəçi müvəkkilinin daimi yaşayış yerinin olduğunu və istintaqdan yayınma riskinin real görünmədiyini əsas gətirərək həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş edib.

Lakin məhkəmə təqsirləndirilən şəxsin xüsusilə ağır cinayətdə ittiham olunmasını və istintaqın yeni başlanmasını nəzərə alaraq vəsatəti rədd edib. Ruslan Eyyubovun həbsdə saxlanılması qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, çox epizodlu cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən istintaq olunub. İstintaqla “Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin rəisi Rəşad Daşdəmirov və bir neçə gömrükçü də həbs edilib.

“Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı”nın faktiki sahibi isə Ruslan Eyyubovdur. Bu hadisələrdən sonra onun Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi işləyən qardaşı general-mayor Həsən Eyyubov da işdən çıxarılıb. Onlar Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi general-polkovnik Bəylər Eyyubovun qardaşı oğullarıdır.

Bənzər Xəbərlər

25.07.2026 - 11:50Gülnar Əliyeva

Bakıda yeni parklar hansı ərazilərdə salınacaq? – ARAŞDIRMA

24.07.2026 - 17:18Gülnar Əliyeva

Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi

24.07.2026 - 16:25Gülnar Əliyeva

İki prokuror vəzifədən azad edildi

24.07.2026 - 15:33Gülnar Əliyeva

AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü (SİYAHI)

24.07.2026 - 13:34Gülnar Əliyeva

İcra başçısı rəisi işdən çıxardı - FOTO

23.07.2026 - 20:30Gülnar Əliyeva

Analiz və Ekspertiza Mərkəzində ciddi böhran: Səhiyyə sistemində nəzarətsizlik və bürokratiya dalanı

23.07.2026 - 11:38Gülnar Əliyeva

Tural Sadıqlı Bakıya gəlir? 

23.07.2026 - 11:25Gülnar Əliyeva

Arzumu həbsdən buraxan hakimin maraqlı DOSYESİ

23.07.2026 - 11:12Gülnar Əliyeva

Sərəncam İMZALANDI: Babayev vəzifəsindən azad edilib

Ən Çox Oxunanlar

Daha bir məşhurun adı Mehdiyevlə birgə çəkildi - Bu nazirlik hədəfdə

31.10.2025 - 22:287. 199

Paşinyan Arayik Arutyunyanla bağlı ŞOK QƏRAR verdi

11.06.2026 - 14:156. 531

Bu şəxslərə hərbi biletlə bağlı PİS XƏBƏR

31.10.2025 - 22:265. 545

"Arzum"un həyat yoldaşı Denisdən İLK AÇIQLAMA - ONUNLA BİRDƏFƏLİK...

04.07.2026 - 22:485. 427
logo

Ölkə və dünya gündəmini bizdən izləyin!
Yeni xəbərin ünvanı - Yeniera.az

Məlumat

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti

Bölmələr

Gündəm Siyasət İqtisadiyyat
Hadisə Sosial Dünya
Facebook X (Twitter) Instagram Pinterest YouTube WhatsApp TikTok Telegram Threads RSS
  • Haqqımızda
  • Layihələr
  • Reklam
  • Media Kodeksi
© 2026 Designed by Yeniera Media.

Type above and press Enter to search. Press Esc to cancel.