“Bazarstore”dan yoqurt aldı, içindən görün nə çıxdı – FOTOFAKT
Paytaxt sakinlərindən biri Nəsimi rayonu, Mixail Kaveroçkin 94 küçəsində yerləşən “Bazarstore” mağazasından aldığı “Danone” markalı yoqurt məhsulunu açarkən içində kif göbələyi aşkar edib.
YENİERA.az xəbər verir ki, məhsulun qablaşdırılması üzərindəki məlumatlara əsasən, onun son istifadə tarixi 06/11/2026-cı il tarixinə qədərdir. Lakin buna baxmayaraq, istehlak üçün nəzərdə tutulan məhsulun içindən çıxan kif göbələyi alıcıda narahatlıq doğurub.
Sakinlər bildirirlər ki, sözügedən mağazada soyuducular yaxşı işləmir və bu cür hallar dəfələrlə təkrarlanıb.
Şikayətçi məhsulların saxlanma şəraitinin pozulduğunu və antisanitar vəziyyət yarandığını qeyd edərək aidiyyəti qurumların məsələni nəzarətə götürməsini tələb edir.
Qarşı tərəfin – “Bazarstore” mağazalar şəbəkəsinin və ya məhsulun rəsmi distribyutorunun məsələ ilə bağlı mövqeyini dərc etməyə hazırıq.
Gülnar Həmidova
YENİERA.AZ


