Çinin Tayvan məsələləri üzrə rəsmisi Çen Binhua yenidən birləşmə halında Tayvanın enerji təhlükəsizliyinin təmin olunacağını açıqlayıb.
O, Reuters agentliyinə açıqlamasında Yaxın Şərqdəki gərginlik fonunda enerji təchizatı məsələsinə toxunaraq bildirib ki, Çin Tayvan əhalisinə sabit və etibarlı resurs təmin etməyə hazırdır.
Yeniara.az xəbər verir ki, rəsmi Pekin bu addımın adada həyat səviyyəsini yaxşılaşdıracağını düşünür.
“Biz Tayvanlı soydaşlarımıza daha yaxşı həyat üçün sabit enerji və resurs təhlükəsizliyi təmin etməyə hazırıq”, – deyə Çen Binhua vurğulayıb.
Onun sözlərinə görə, Çinlə dinc birləşmə Tayvanın təhlükəsizliyini daha etibarlı şəkildə təmin edə bilər.
Qeyd edək ki, daha əvvəl Çinin xarici işlər naziri Vanq Yi Tayvanın heç vaxt ayrı dövlət olmadığını və olmayacağını bildirmişdi.
YENİERA.AZ

