Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.9093
  • 100 RUB 1.9998
  • GBP 2.2516
  • TRY 0.0345
  • CNY 0.2538
  • GEL 0.6543
  • 100 KZT 0.3774
  • UAH 0.0378
  • AED 0.4628
İqtisadiyyat

DSMF-dən MÜHÜM XƏBƏR

DSMF-dən MÜHÜM XƏBƏR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin I rübündə proqnozla müqayisədə 9 faiz və ya 183 mln. manat çox olmaqla 2 mlrd. 132 mln. manat təşkil edib.

Yeniera.az xəbər verir ki, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 3 faiz və ya 41 mln. manat artaraq 1 mlrd. 559 mln. manat olub.

Bu ilin 3 ayında DSMF-nin xərcləri isə 2 mlrd. 53 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz və ya 189 mln. manat çoxdur.

Paylaş: