Məzmuna keç
SON DƏQİQƏ
--° Bakı
  • USD 1.7000
  • EUR 1.8607 ▲0.0059
  • 100 RUB 2.0719 ▼0.0026
  • GBP 2.2252 ▲0.0086
  • TRY 0.0335 ▼0.0001
  • CNY 0.2548 ▼0.0004
  • GEL 0.6568 ▲0.0013
  • 100 KZT 0.3699 ▼0.0032
  • UAH 0.0375 ▼0.0001
  • AED 0.4628
Maraqlı

İldırımların sayı 140 faizədək arta bilər – ARAŞDIRMA

İldırımların sayı 140 faizədək arta bilər – ARAŞDIRMA

Qlobal istiləşmə Yer kürəsində ildırım çaxmalarının sayının əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər. Alimlərin proqnozlarına görə, bəzi bölgələrdə ildırımların sayı 140 faizdən çox arta bilər.

YENİERA.AZ xəbər verir ki, bu barədə Münhen Texniki Universitetinin alimlərinin “Earth’s Future” elmi jurnalında dərc olunan araşdırmasında bildirilib.

Tədqiqatçılar qeyd edirlər ki, iqlim dəyişiklikləri nəticəsində ildırım çaxmalarının artması meşə yanğınları, elektrik xətlərinin sıradan çıxması və digər infrastruktur obyektlərinə ziyan dəyməsi riskini yüksəldəcək.

Alimlərin sözlərinə görə, qlobal istiləşmənin ildırımların yaranmasına təsiri hələ tam aydın deyil. Belə ki, temperaturun yüksəlməsi atmosferdə buz kristallarının sayını azalda bilər. Halbuki bu kristalların toqquşması elektrik yükünün formalaşmasında mühüm rol oynayır. Digər tərəfdən, istixana qazlarının emissiyasının artması ildırım çaxmalarının tezliyini əhəmiyyətli dərəcədə yüksəldə bilər.

Tədqiqat çərçivəsində hazırlanan modelə əsasən, XX əsr ərzində ildırım çaxmalarının tezliyi 11 faiz artıb. Bu göstərici hər 1 dərəcə istiləşməyə təxminən 12 faiz artım deməkdir. İstixana qazı emissiyalarının yüksək olduğu şəraitdə isə ildırımların sayında hər 1 dərəcə istiləşməyə 30 faiz artım müşahidə olunub.

Dəyişikliklərin xüsusilə yüksək enliklərdə daha kəskin olacağı gözlənilir. Hazırda ildırım çaxmalarının nisbətən az qeydə alındığı Alyaskada onların sayının 116-594 faiz arta biləcəyi proqnozlaşdırılır.

Bununla yanaşı, alimlər modellərin ildırımların insanların daha həssas olduğu tufanların ilkin mərhələlərində artıb-artmayacağını hələ dəqiq müəyyən edə bilmədiyini vurğulayırlar.

Qlobal istiləşmənin təsirləri Moskva sakinləri üçün də hiss oluna bilər. Proqnozlara görə, regionda ildırım çaxmalarının tezliyi artacaq, yağışlar isə getdikcə daha çox intensiv leysanlarla əvəzlənəcək.

YENİERA.AZ

Paylaş: